ADU-da Avropa Dilləri Günü qeyd edilib
27.09.2019 [08:40]
Sentyabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) Avropa Dilləri Günü münasibətilə tədbir keçirilib.
Tədbir gənc və yaşlı insanlara dil öyrənməyi və ya mövcud dil bilikləri ilə xüsusi qürur duymağı aşılamaq, bir sıra dilləri öyrənməyin təbliği üçün müvafiq təşəbbüsləri dəstəkləmək məqsədilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin Azərbaycandakı səfirlərinin və səfirlik nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin, digər ali məktəblərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu günün yalnız Avropa üçün deyil, bütün dünya üçün əlamətdar olduğunu deyib. Akademik bildirib ki, Avropa dilləri günü anlayışını Avropada yaşayan xalqların dillərinin bayramı və Avropada istifadə edilən dillərin bayramı olaraq iki cür şərh etmək mümkündür. “Mənə elə gəlir ki, bu dilləri bir-birindən ayırmaq olmaz və bu gün Avropada işlək olan bütün dillərin bayramı kimi qeyd olunmalıdır. Avropa dillərini öyrənmək Avropa mədəniyyətinə, dünyagörüşünə, dəyərlərinə yaxınlaşmaq deməkdir. Azərbaycan dilini də Avropa dillərindən biri hesab etmək mümkündür. On doqquzuncu əsrdə bir çox müşahidəçilərin dediyi kimi, Azərbaycan dilinin Qafqazdakı rolu həmin dövrdə Fransanın Avropadakı rolu kimi yüksək idi. Azərbaycan dili bu gün də Azərbaycanda yaşayan xalqların ümumi dilidir, müxtəlif xalqlara Avropa mədəniyyətini öyrənməyə vasitəçilik edir. Universitetimizdə təmsil olunan 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzləri bu gün təkcə öz ölkələrini Azərbaycana yaxınlaşdırmaq deyil, eyni zamanda, Azərbaycanı da öz ölkələrinə yaxınlaşdırmaq məqsədi güdür. Ona görə də bu bayramın ölkəmizdə qeyd edilməsi Azərbaycan mühitinin, ictimaiyyətinin və dövlətinin multikulturalizm ənənələrinə nə qədər sadiq olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm ideyaları, Azərbaycan multikulturalizmi modeli bütün dünya üçün maraqlıdır”, - deyə rektor bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis Avropa Dilləri Gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. O, multikulturalizmin, dil müxtəlifliyinin Avropa İttifaqının əsasını təşkil etdiyini söyləyib. Dünyada miqyasından asılı olmayaraq, bir sıra xalqlara məxsus dillərin mövcud olduğunu deyən D.Daniilidis Avropa İttifaqının bunları qəbul etdiyini diqqətə çatdırıb. Xarici dillərin öyrənilməsi ilə bağlı danışan qonaq, eyni zamanda, ana dilin itirilməməsindən, onun hər kəsin milli kimliyi olmasından söz açıb.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Belçika Krallığının Missiya başçısının müavini Denis Naets və digər çıxış edənlər dillərin öyrənilməsinin əhəmiyyətindən danışıblar. Qonaqlar təmsil etdikləri ölkələrin dillərinin və mədəniyyətlərinin ADU-da yüksək səviyyədə tədrisi və təbliğində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
“British school in Baku” və “Landau school in Baku”nun şagirdləri mahnılar oxuyub, rəqslər nümayiş etdiriblər.
Daha sonra tədbir iştirakçıları müxtəlif ölkə bayraqlarını, adət-ənənələrini əks etdirən rəmz və bukletlərin olduğu stendlərə baxış keçiriblər.
Qeyd edək ki, Avropa Dilləri Günü 2001-ci il dekabrın 6-da Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi Avropa Dillər İlinin (2001) təsis konfransında Avropa Şurası tərəfindən elan edilib. Bu günün təsis edilməsində məqsəd Avropada dil öyrənməyi təşviq etmək, dil öyrənməyin əhəmiyyəti barədə məlumat yaymaq, Avropanın zəngin dil və mədəni müxtəlifliyini təbliğ etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

