Yəhudilərin Roş-Ha-Şana bayramı münasibətilə Bakıda konfrans keçirilib
27.09.2019 [08:38]
Sentyabrın 26-da Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə yəhudilərin Roş-Ha-Şana bayramı münasibətilə “Tolerant Azərbaycan” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransda çıxış edərək bildirib ki, Fondun təşkilatçılığı ilə həyata keçirilən “Tolerant Azərbaycan” layihəsi çərçivəsində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının və Alban-Udi Xristian dini icmasının ölkəmizdəki fəaliyyətinə həsr olunan konfranslar təşkil edilib. Bugünkü tədbir isə yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilir.
M.İsmayılov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında və inkişafında yəhudi xalqının da özünəməxsus rolu var. Yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında məskunlaşıblar. Dünyada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə ərazi Quba rayonunda yerləşən Qırmızı qəsəbədir. Dünyada cərəyan edən bir sıra siyasi proseslərin fonunda deyə bilərik ki, yəhudilər özlərini ölkəmizdə tam təhlükəsiz hiss edirlər. Həm də ona görə ki, Azərbaycan onların vətənidir.
Yəhudi xalqının Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışan Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev bildirib: “Bizim qismətimizə qəribçilik yazılıb və biz bu qisməti qəbul etmişik. Lakin Azərbaycanda biz özümüzü qərib hiss etmirik. Harada Azərbaycan adını eşitsək ürəyimiz fərəhlə dolur. Biz hər yerdə azərbaycanlı olduğumuzu fəxrlə deyirik”.
Daha sonra yəhudilərin Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Yəhudiləri qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədr müavini Gündüz İsmayılov bildirib ki, bu tədbirdə müxtəlif dinlərdən olan nümayəndələrin, o cümlədən gənclərin iştirakı bugünkü tolerant Azərbaycanın kiçik bir şəklidir. İndiki mənzərəyə baxanda biz qürurlu, gələcəyimizin mənzərəsinə baxanda ümidliyik. Müsəlmanlar, yəhudilər, xristianlar, eləcə də digər dinlərin və xalqların nümayəndələri minilliklər boyu bu Vətənin təkcə torpağını, suyunu, çörəyini deyil, həm də taleyini paylaşıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski ölkəmizdə tarixboyu müxtəlif xalqların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan dövləti bu tolerant mühitini qoruyur. Ölkəmizdə bütün dinlərə mənsub insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Bütün dünyada ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü bir dövrdə Azərbaycanda sabitlik, əmin-amanlıq var.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

