UNEC-in Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyası kollektivə təqdim olunub
06.09.2019 [08:49]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli məqsədilə fakültələrdə görüşlərə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti ilə keçirilən görüşdə universitetin inzibati və təşkilatı məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov giriş sözü ilə çıxış edib. O, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərar qəbul etdiyini və 2019-cu il avqustun 22-də “Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizamnaməsi”nin təsdiqləndiyini bildirib. Qeyd edib ki, UNEC “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Nizamnaməyə görə, UNEC-in idarə olunmasında dəyişikliklərin əks olunduğunu deyən Şaiq Əsgərov universitetin ali idarəetmə orqanının elmi şura, strateji inkişaf məsələləri üzrə idarəetmə orqanının isə ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası olduğunu bildirib.
Tədbirdə Nizamnamədə əks olunan ümumi müddəalar, UNEC-in fəaliyyətinin məqsəd və istiqamətləri, vəzifə və hüquqları barədə professor-müəllim heyətinə məlumat verilib və bu sənəddən irəli gələn məsələlərin yerinə yetirilməsi ilə bağlı kollektiv qarşısında duran vəzifələrdən söz açılıb.
Rektorun müşaviri, dosent Elşən Bağırzadə “UNEC-100” İnkişaf Strategiyası (2019-2030)” barədə təqdimatla çıxış edib. O, elmi şura tərəfindən qəbul edilən İnkişaf Strategiyasında həm ölkə ali təhsil sistemində, həm də dünya ali təhsil bazarında tendensiya və islahatların nəzərə alındığını bildirib. Elşən Bağırzadə UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlilinin aparıldığını və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfin müəyyən olunduğunu qeyd edib. Strategiyada qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətlərinin təsbit edildiyini diqqətə çatdıran rektorun müşaviri, strategiyanın uğurlu icrası üçün professor-müəllim heyətinin fəaliyyətinin müəyyən olunan hədəflər istiqamətində qurulmasının vacibliyini vurğulayıb.
Tədbirdə UNEC-in elmi tədqiqat sahəsində yüksək nəticələr əldə etdiyi və bir çox parametrlərə görə ölkədə bu istiqamətdə lider universitet olduğu açıqlanıb. İnkişaf Strategiyasına uyğun görülən tədbirlər nəticəsində UNEC-in 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilməsinin hədəfləndiyi bildirilib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və təkliflər verilib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

