Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilib
28.06.2019 [09:55]
“Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin yekunlaşması ilə əlaqədar iyunun 27-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yerdəyişmə üzrə tərəfdaşlığa dair illik beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) baş direktoru Mikael Şpindelegger və digərləri çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıblar. Görülən tədbirlərin Avropa İttifaqı vətəndaşlarına sürətlə inkişaf edən Azərbaycanı tanımaları, münasibətləri inkişaf etdirmək üçün əlverişli imkan yaratdığı qeyd olunub. Bildirilib ki, Aİ-nin dəstəyi ilə MSİBM-in ölkəmizdə həyata keçirdiyi layihə Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində icra olunub.
Diqqətə çatdırılıb ki, konfrans yerdəyişmə üzrə tərəfdaşlıq prioritetləri, miqrasiya və yerdəyişmənin müxtəlif sahələri üzrə istiqamətlərin müzakirəsi üçün regional platformanın təşkili, habelə MOBILAZE layihəsinin icrasının yekunlaşması ilə bağlıdır.
Aİ ilə Azərbaycan arasında 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləmək, habelə belə proseslərin səmərəli idarə olunmasını təmin etmək üçün iki tərəf arasında gələcəkdə də davam etdiriləcək dialoqun və əməkdaşlığın çoxsaylı prioritetlərini müəyyənləşdirib.
Çıxış edənlər miqrasiya və yerdəyişmə sahəsində Aİ ilə əməkdaşlığın prioritetlərini qeyd edib, MOBILAZE layihəsinin dövlət qurumları üçün əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, yerdəyişmə üzrə tərəfdaşlıq miqrasiya və yerdəyişmə sahəsində Aİ və ona üzv dövlətlər, eləcə də üçüncü ölkələr arasında ən müfəssəl əməkdaşlıq və tərəfdaşlıq çərçivələrindən biridir. Bu əməkdaşlıq Aİ-nin miqrasiya və yerdəyişmə üzrə qlobal yanaşması çərçivəsində Aİ-yə və tərəfdaş ölkələrə, hər iki tərəfin vətəndaşlarına, eləcə də digər əlaqədar tərəflərə miqrasiya və yerdəyişmə məsələlərini ünvanlı, xüsusi ehtiyaclara uyğun şəkildə müzakirə etmək imkanı verir.
Tədbirdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi kimi miqrasiya idarəetməsi və miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əldə edilmiş nəticələrdən söhbət açılıb. Avropa İttifaqı ilə birgə həyata keçirilən, Aİ ilə Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmağa xidmət edən MOBILAZE layihəsinin icrasının Azərbaycanın dövlət qurumları üçün əhəmiyyətindən, əldə edilən uğurlardan, miqrasiya və yerdəyişmə sahəsində regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmindən danışılıb, layihənin nəticələri qənaətbəxş qiymətləndirilib. Bundan başqa, ölkəmizlə Aİ arasında readmissiya, miqrasiya və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlıq vurğulanıb.
Qeyd edilib ki, Aİ ilə Azərbaycan arasındakı yerdəyişmə üzrə tərəfdaşlıq insanlara konkret fayda gətirməklə yanaşı, dövlətlər arasında nəticəyönümlü əməkdaşlıq və dialoqa şərait yaradıb.
Konfransda Azərbaycanın və beynəlxalq təşkilatların miqrasiya sahəsi üzrə ekspertləri miqrasiya və yerdəyişmələrə regional yanaşmalar, eləcə də bu sahə üzrə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparıblar.
MOBILAZE layihəsinin əlaqələndiricisi Violeta Vaqner layihə çərçivəsində görülən işlər, onun nəticələri və bu sahədə qazanılan nailiyyətlər barədə məlumat verib.
Qeyd edək ki, MOBILAZE layihəsinin icrasına 2016-cı ildən başlanılıb. Layihənin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsini dəstəkləməkdən ibarətdir. Layihəyə Aİ-nin yeddi ölkəsindən doqquz qurum cəlb olunub. Beş komponentdən ibarət layihə məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin formalaşması, respublikamıza və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya, sənədlərin təhlükəsizliyi, sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi, geri qayıdış və reinteqrasiya məsələlərini əhatə edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri, görüşlər və beynəlxalq tədbirlər təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

