/ / UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başlayıb
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başlayıb
25.06.2019 [10:02]
İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Tədbiri AzMİU-nun rektoru Gülçöhrə Məmmədova açaraq forumun ilk tədbirinin təmsil etdiyi ali təhsil ocağında təşkil olunmasından məmnunluğunu ifadə edərək onun işinə uğurlar arzulayıb.
Ölkəmizin zəngin mədəni irsi haqqında söz açan rektor Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər və Qobustan qoruğunun UNESKO-nun Dünya İrsi Siyahısına salınaraq bəşəri status qazandığını vurğulayıb. Forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın memarlıq abidələri ilə yaxından tanış olmağı tövsiyə edib.
Forumda sessiyanın keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan-UNESKO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Diqqətə çatdırılıb ki, iyulun 2-dək davam edəcək Ümumdünya İrs Gənc Peşəkarlar Forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya İrsi: Qlobal Çağırışlar üçün Yerli İdeyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Sonra Dünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin iştirakçılara videomüraciəti təqdim edilib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxışında Azərbaycanın UNESKO dəyərlərinə daim sadiq olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox ölkələrdə dünya irsinin bərpası sahəsində görülən işlər haqqında məlumat verib. Baş katib bu il UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb və Milli Komissiyanın fəaliyyəti barədə danışıb.
Daha sonra E.Sultanov dünyada baş verən silahlı münaqişələr zamanı mədəni irsin dağıdılması mövzusuna toxunaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ölkəmizin zəngin mədəni irsinin vəhşicəsinə məhv edilməsi və bu məsələnin UNESKO-da gündəmə gətirilməsi barədə görülən işlər haqqında məlumat verib.
Qonaqları tədbir iştirakçılarına təqdim edən Forumun əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib ki, tədbirin proqramı rəngarəngliyi ilə seçilir. Belə ki, Forumun ilk 4 günü fərqli məkanlarda - Azərbaycan Memarlıq və İnşaat Universiteti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar yolu ilə iştirakçılar 1972-ci il Dünya Mədəni və Təbii İrsinin Qorunması ilə bağlı Dünya İrs Konvensiyasına dair praktiki biliklər əldə edəcəklər. Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.
Tədbirdə Dünya İrs Mərkəzinin direktoru Meştild Roslerin iştirakçılara videomüraciəti olub.
Sonra Mədəniyyət Nazirliyi ilə AzMİU arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, günün ikinci yarısında “Şərq və Qərbin harmoniyası”, “Mədəni irsin qorunması və bərpası” mövzusunda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

