Bakıda "Atatürkü anma, Gənclik və İdman Bayramı" münasibəti ilə tədbir keçirilib
20.05.2019 [17:20]
Mayın 19-da Türkiyədə "Atatürkü anma, Gənclik və İdman Bayramı" Milli Mübarizənin 100-cü ildönümü qeyd edilib. Bu məqsədlə ölkənin bütün bölgələrində müxtəlif təntənəli tədbirlər təşkil olunub. Bayram tədbirlərində ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Bu münasibətlə Azərbaycanda da müxtəlif tədbirlər keçirilib. Eyni zamanda mayın 19-da Heydər Əliyev Sarayında gənclik və idman bayramı münasibətilə konsert proqramı təşkil olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, həmçinin səfirliyin təhsil müşavirliyinin və TRT Genel Müdirliyinin dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gənclik və idman bayramının tarixi əhəmiyyətindən danışıb.
Səfir bildirib ki, 100 il əvvəl Mustafa Kamal Atatürk Samsunda milli mübarizəyə başlayıb: "Atatürk bu mübarizənin nəticəsində Türkiyə dövlətini qurmağa müvəffəq oldu. Ancaq qurtuluş savaşı hər bir türkün içində eyni istəklə davam edir. Çünki dövləti, vətəni hər zaman müdafiə etmək millətin borcudur".
Bildirilib ki, millət bir-birinə sahib çıxdıqca hər zaman güclü olacaq. 19 may 1919-cu ildə bütün türk milləti bir yumruq oldu və bunun sayəsində vətənlərində olan düşmənləri ölkəsindən qova bildi: "Biz bütün çətinliklərə baxmayaraq istədiyimizə nail ola bilərik. Bir araya gəldikcə bu gün nələrə qadir olacağımızı birlikdə görə biləcəyik. 23 apreldə uşaqların necə bir araya gəldiklərini gördük, bu gün də gənclərin növbəsidir", - deyə səfir vurğulayıb.
Bu əlamətdar günün 100 illiyinin qeyd edildiyini deyən səfir may ayının türk dünyası üçün əlamətdar ay olduğunu, bu ayda ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin anadan olduqlarını diqqətə çatdırıb. Sonra konsert proqramı davam edib. Konsertdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin, Bakı Türk Anadolu Liseyinin və Türkiyə Dəyanət Vəqfi litseyinin şagirdləri türk milli geyimlərilə rəqslər edib, rok musiqiləri səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

