“Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabının təqdimatı olub
11.05.2019 [10:02]
Mayın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir və “Müstəqil Azərbaycan dövlətinin qurucusu” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin siyasi fəaliyyətindən danışıb. O qeyd edib ki, Heydər Əliyev ömrünün böyük hissəsini doğma Vətəninin inkişafına və xalqının rifahına həsr edib. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin siyasi-ideoloji irsi Azərbaycan xalqının milli sərvətidir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Ümummilli Liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası Onun Vətən, xalq sevgisindən qaynaqlanırdı.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydər qeyd edib ki, Ulu Öndərin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitliyə və tərəqqiyə nail olunub. Məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edilib. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanıb və bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunub. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq, iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynayıb. Bu gün Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan dünyada sülhün, əmin-amanlığın nümunəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib ki, 1993-cü il iyunun 15-nin Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi.
Milli Məclisin komitə sədri Hadi Rəcəbli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputatlar Musa Quliyev, Elman Nəsirov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev və başqaları bildiriblər ki, Ümummilli Liderin həyat yolu, göstərdiyi əvəzolunmaz xidmətlər Vətəninə, xalqına, dövlətinə bağlı olan hər bir azərbaycanlı üçün, bütövlükdə dövlətçilik tariximiz üçün örnəkdir. Bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin və dünya miqyaslı nəhəng siyasətçinin zəngin irsini dərindən araşdırmaq, Onun təkrarolunmaz dövlətçilik təcrübəsindən bəhrələnmək və gənc nəsli bu ruhda tərbiyə etmək nəinki bu günümüz, eləcə də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir.
Sonra qonaqlar muzeyin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

