/ / “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbirdə ailə dəyərlərinin əhəmiyyətindən danışılıb
“Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbirdə ailə dəyərlərinin əhəmiyyətindən danışılıb
05.04.2019 [09:38]
Aprelin 4-də Nəsimi Rayon İcra Hakimiyyətində “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə “Müasir cəmiyyətdə sağlam ailənin qorunması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin əsasını milli-mənəvi dəyərlərin qorunması təşkil edirdi. Ümummilli Liderin əsasını qoyduğu bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkəmizdə ailəyə verilən qiymətin bariz ifadəsidir.
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətimizin ən mühüm vəzifəsi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Tarixə nəzər salsaq görərik ki, xalqımızın yaşaması, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynayıb. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər.
Zərifə Quliyeva vurğulayıb ki, bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində mühüm işlər görürlər. Heydər Əliyev Fondu bununla bağlı mühüm layihələr həyata keçirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailə dəyərlərimizin qorunması üçün hüquqi bazamız mövcuddur. O, gənclər arasında milli-mənəvi və ailə dəyərlərimizin qorunması ilə bağlı təbliğat işinin daha da gücləndirilməsinin önəmini qeyd edib. Əlavə edib ki, Dövlət Komitəsi Azərbaycanın müxtəlif bölgələrində bu mövzuda tədbirlər keçirir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, ölkəmizdə ailə dəyərlərinin möhkəm olması özünü Aprel döyüşlərində də göstərdi. Vətən uğrunda şəhid və qazi olan Azərbaycan oğulları analarımızın yetişdirdikləri qəhrəman övladlardır.
Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, milli-mənəvi dəyərlərimiz təbliğat yolu ilə gənclərimizə aşılanmalıdır və bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür. KİV-lər nümunəvi Azərbaycan ailələrindən yazılar yazmalı, reportajlar yaymalıdırlar. Bu, gənclərimizin milli ruhda tərbiyəsinə də təsir edər. Ailələrlə, analarla bağlı məxsusi günlər təyin olunmalıdır. Bu cəmiyyətdə ailə dəyərlərinin önəmli yerə malik olduğunu təsdiqləyər.
Mövzu ilə bağlı çıxış edən QHT nümayəndələri, fəal qadınlar dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün görülən kompleks tədbirlərin əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

