ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı
22.02.2019 [09:35]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikası UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə ÜTT-nin texniki yardım və koordinasiya şöbəsinin rəhbəri Dr. Martin və universitetin professor-müəllim heyəti iştirak edib.
UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev bildirib ki, Azərbaycanın ÜTT-yə üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə universitetdə dövlət qurumlarının nümayəndələrinin və Dr. Martin Smitzin iştirakı ilə seminar və dəyirmi masalar təşkil olunub, müzakirələr aparılıb.
UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Dr. Martin Smitz universitetdə 3 gün ərzində çox səmərəli işgüzar görüşlərin keçirildiyini diqqətə çatdırıb. Aparılan müzakirələri, eləcə də universitetin professor-müəllim heyəti ilə görüşü Azərbaycanın ÜTT-yə üzvlüyünün sürətləndirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirib. Azərbaycanın təşkilata 1997-ci ildən üzvlüklə bağlı müraciət etdiyini vurğulayan məruzəçi üzvlük prosesi ilə bağlı ikitərəfli, həm də çoxtərəfli danışıqların uğurla davam etdiyini, həmçinin milli qanunvericiliyin ÜTT-nin müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Təşkilat rəsmisi ÜTT-nin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Tədbirdə professor və müəllimlərin ÜTT-yə üzvlüyün əhəmiyyəti barədə suallarını cavablandıran qonaq bu əməkdaşlığın dünya ölkələri ilə daha sıx ticarət əlaqələrinin qurulmasına, yeni bazarlara çıxış imkanı əldə olunmasına, daxili bazarın liberallaşdırılmasına, məhsulun rəqabətqabiliyyətliliyinin artırılmasına, eləcə də qlobal dəyərlər zəncirinə qoşulmağa, xarici investisiyaların cəlb olunmasına və digər müsbət iqtisadi amillərə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 3 gün ərzində davam edən beynəlxalq seminarlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsinin Akademiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

