Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ÜST: Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sürətlə yayılır

ÜST: Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası sürətlə yayılır

17.07.2026 [10:55]

Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, may ayının ortalarından başlayan epidemiya nəticəsində 2073 yoluxma halı qeydə alınıb, 796 nəfər həyatını itirib.

Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən böyük “Ebola” epidemiyasıdır və son bir ay ərzində əvvəlki bütün epidemiyalardan daha sürətlə yayılıb.

ÜST rəhbəri bildirib ki, 2018-ci ildə Konqo Demokratik Respublikasında baş verən “Ebola” epidemiyası zamanı 2000 təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb olunmuşdu. 2018-2020-ci illərdə ölkədə qeydə alınan ən ağır epidemiyada isə təxminən 3500 yoluxma halından 2300-ü ölümlə nəticələnmişdi.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31