“MİDA” MMC-nin ötənilki fəaliyyəti müzakirə olunub
13.02.2019 [09:43]
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının 2018-ci ilin yekunlarına həsr olunan iclası keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri Çingiz Qədimov ötən il dekabrın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal yaşayış kompleksinin açılışında iştirakını və yeni yaşayış kompleksinin təməlinin qoyulmasını 2018-ci ilin yadda qalan hadisələrindən biri kimi dəyərləndirib.
İclasın gündəliyinə uyğun olaraq, ilk növbədə, “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun ötən il ərzində cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilib. Məlumat verilib ki, keçən il sentyabrın 5-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal yaşayış kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 324 mənzilin seçimi həyata keçirilib və həmin mənzillərdən 278-nin alqı-satqısı başa çatdırılıb.
Vurğulanıb ki, “Elektron hökumət” portalı və “Güzəştli mənzil” sisteminin daha da təkmilləşdirilməsi məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzinin və “AzInTelecom” MMC-nin inzibati binalarında agentliyin müvafiq qurumların nümayəndələri ilə koordinasiyalı əməkdaşlığı təşkil edilib, eyni zamanda, “Ernst & Young” audit şirkətinin iştirakı ilə aidiyyəti qurum və təşkilatlarla birgə test-sınaq yoxlamaları icra olunub.
“MİDA” MMC-nin direktoru bildirib ki, agentliyin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin tikinti işləri sürətlə davam etdirilir. Bakının Suraxanı rayonunun ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında, 20 hektar ərazidə reallaşdırılan bu layihə çərçivəsində ümumilikdə 2962 mənzil inşa olunacaq. Bunlardan 280-nin birotaqlı, 1401-nin ikiotaqlı, 980-nin üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Kompleksdə çoxmənzilli binalarla yanaşı, hər biri 90 yerlik olmaqla 2 uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, tibb müəssisəsinin və digər ictimai-iaşə obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ölkənin regionlarında da güzəştli mənzillərin tikintisini təmin etmək məqsədilə Gəncə və Sumqayıt şəhərlərində torpaq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı agentliyə təkliflər verilib.
Sonda Müşahidə Şurasının üzvləri “MİDA” MMC-nin direktorunun hesabatını nəzərə alaraq cəmiyyətin fəaliyyətinin düzgün istiqamətdə müəyyənləşdirilməsi ilə əlaqədar görülmüş tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19

