20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
19.01.2019 [10:12]
Yanvarın 18-də Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvarın, eyni zamanda, xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdiyini deyib. 1990-cı ilin yanvarın 19-20-də totalitar sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan edib. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları əlisilahlı sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda şəhidlik zirvəsinə ucalıblar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrilib.
Qeyd edilib ki, keçmiş sovet hərb maşınının ölkəmizdə həyata keçirdiyi cinayətə 1993-cü ilə kimi hakimiyyətdə olan şəxslərdən heç biri hüquqi-siyasi qiymətin verilməsi üçün tədbir görməyib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. Ulu öndər təzyiq və təqiblərə baxmayaraq, 20 Yanvar faciəsinin törədilməsində məsuliyyət daşıyanları ictimaiyyətə tanıtdırıb, bütün dünyanın gözü qarşısında xalqın faciəsində məsuliyyət daşıyanları ittiham edib. Ümummilli lider Heydər Əliyev repressiya maşınının sərt formada işə düşdüyü bir vaxtda rejimin gerçək simasını açaraq keçmiş SSRİ və respublika rəhbərliyinə, eləcə də aparılan anneksiya siyasətinə qəti etirazını ifadə edib, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirib. Bununla da, dahi şəxsiyyət ölkə qarşısında cəsarətini, mərdliyini, müdrikliyini bir daha sübut edib, dərin sarsıntı içində olan xalqına dəstək olub.
Vurğulanıb ki, Prezident İlham Əliyev Ulu öndərimizin siyasətini bu gün layiqincə davam etdirir. Belə ki, dövlət başçısı tərəfindən bu faciəli hadisələr zamanı Azərbaycanın suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad edilir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqının yenilməz iradəsini qırmağa, demokratiya və azadlıq uğrunda mübarizəsini boğmağa yönələn bu amansız cinayət nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər baş verib. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirilib, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti alıb. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Digər çıxış edənlər bildiriblər ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir Azərbaycan vətəndaşı öz üzərində daim çalışmalı, vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqın yaddaşından heç zaman silinməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

