Ümummilli liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib
13.12.2018 [10:04]
Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Tərtərdə də ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Ümummilli liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Tərtərlilər dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələrək, Ulu öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü böyük işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoyub. Nadir görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək, Azərbaycana regionda və dünyada layiqli yer qazandırıb.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin hər yerində olduğu kimi, Tərtər rayonun iqtisadiyyatında da böyük dönüş yaranıb. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salınıb, rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli lider 1978-ci ildə elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, rayonda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.
Tədbirin sonunda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

