Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
26.07.2018 [10:42]
İyulun 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mərasimi Əbülfəs Qarayev açaraq ölkəmizdə milli mətbuatımızın 143 illik yubileyinin geniş tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan mətbuatı xalqımızın milli şüurunun oyanmasında, milli birliyin, mədəniyyətin və maarifçilik ideyalarının inkişafında müstəsna rol oynayıb.
Mətbuatın müasir inkişafından bəhs edən nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir.
Nazir Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamı xatırladaraq bildirib ki, yubiley çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri” adlı müsabiqənin də keçirilməsi bu əlamətdar hadisəyə həsr olunub: “Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün bizim gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir”.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verərək bildirib ki, ümumilikdə müsabiqəyə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Belə ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer) 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Natiqlər “Əkinçi”dən başlayan Azərbaycan mətbuatının öz ənənələrini davam etdirərək xalqımızın mədəniyyətinin, adət-ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olduğunu və bu gün də bu missiyanın davam etdirildiyini vurğulayıblar.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32

