/ / Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
26.06.2018 [09:49]
Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin iyunun 25-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin məqsədi Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qisimlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübənin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə ordu arasında əlaqələrin daha da genişləndirilməsini təmin etməkdir.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək Azərbaycan Ordusunun inkişafının təbliğində və dünyaya çatdırılmasında KİV nümayəndələrinin rolunu yüksək qiymətləndirərək deyib: “Bu bayram təkcə Orduda xidmət edənlərin deyil, bütün xalqımızın, millətimizin bayramıdır. Bugünkü tədbirimizin məqsədi Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar jurnalistlər arasında Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasıdır. Qaliblərin hər birini təbrik edirəm”.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Silahlı Qüvvələrin 100 illiyinin Azərbaycan xalqının bayramı olduğunu vurğulayaraq bildirib: “Biz Azərbaycan Ordusu ilə fəxr edirik. Azərbaycan əsgəri qəhrəmandır, döyüş bizim alnımıza yazılıb. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti bu dövrün altı ayını müharibə şəraitində keçirib və bu müddətdə böyük işlərə, hərbi uğurlara imza atıb. Qısa dövrdə müasir ordu formalaşdırılıb”.
Bu yaxınlarda Milli Məclisdə Silahlı Qüvvələrlə bağlı qanunvericiliyə dəyişiklik edildiyini deyən Ə.Amaşov bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü ordudur.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı müsabiqə ilə bağlı nazir, general-polkovnik Zakir Həsənovun əmrini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Müsabiqə haqqında məlumat verən xidmət rəisi bildirib ki, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə 70-ə yaxın məqalə təqdim olunub. Müsabiqəyə martın 30-dan iyunun 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılıb. Təqdim olunan yazılarda üstünlük mövzunun dolğun əhatə edilməsinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informativlik dərəcəsinə, müqayisəli təhlil üslubundan istifadəyə verilib.
Sonra qaliblər mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

