Azərbaycan nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin 150 illik yubiley tədbirində iştirak edib
07.03.2018 [09:46]
Türkiyə Respublikası Ali Məhkəməsinin yaradılmasının 150 illik yubileyi münasibətilə Ankarada, Prezident Sarayında yubiley mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin sədri Rüştü Ciritin dəvəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, baş prokurorun müavini Namiq Əsgərov, hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti və ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim mərasimdə iştirak edib.
Yubiley mərasiminə Türkiyənin dövlət və hökumət rəsmiləri, ölkə ictimaiyyətinin nümayəndələri, həmçinin 17 ölkədən yüzədək qonaq qatılıb.
Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Türkiyə Ali Məhkəməsinin inkişaf yolu, ölkədə aparılan məhkəmə islahatları barədə sənədli film nümayiş olunub.
Türkiyə Ali Məhkəməsinin sədri Rüştü Cirit çıxışında qardaş ölkədəki məhkəmə-hüquq sisteminin inkişaf mərhələləri, o cümlədən dünyada yeri və roluna dair mühüm məqamlara toxunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım çıxış ediblər. Məhkəmə və hüquq sistemində çalışan insanları əlamətdar yubiley münasibətilə təbrik edən Prezident və Baş nazir Ali Məhkəmənin yaranmasını Türkiyənin dövlətçilik tarixində mühüm hadisə kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, ölkədə vətəndaş cəmiyyətinin qurulmasında ədalətin qorunması vacib amildir. Bu məsələdə hakimlərin ədalətli qərarları, məhkəmə sistemində qanunun aliliyinin qorunması dövlətin qarşısında duran vacib vəzifədir.
Daha sonra Türkiyə Ali Məhkəməsinin yeni binasının təməli qoyulub.
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti martın 5-də Türkiyənin Ali Məhkəməsinin sədri Rüştü Cirit, Baş prokuror Mehmet Akarca və ədliyyə naziri Abdulhamit Gül ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdiyi bildirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 11:15
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50

