/ / Ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur
Ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur
18.01.2018 [10:09]
Yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının administratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir.
Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunacaqdır. Tədris planları, ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənib, müəllimlərin mühazirələrinin elektron variantı və videodərslər hazırlanıb. Distant təhsilə cəlb edilən müəllimlər seçilib və onlara portaldan istifadə haqqında təlimlər keçirilib, müəllimlərin distant təhsil proqramından istifadə qaydaları ilə bağlı təlimat hazırlanıb. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı proqrama inteqrasiya edilib. Tələbələr əvvəlcədən dərs proqramları, müəllimin verdiyi tapşırıqlar və mühazirələrlə tanış ola, həm offlayn, həm də onlayn rejimdə sual-cavab apara bilərlər. Həmçinin istifadəçilər arasında diskussiyalar təşkil etmək, onlayn sorğu və müzakirələr aparmaq mümkündür. Tələbələr video və yazılı formada təqdim edilən dərsləri öz kompüterinə yükləmək və istənilən vaxt yararlanmaq imkanına da malikdirlər. İmtahanlar da onlayn formada aparılır və nəticələri barədə tələbələrə məlumat verilir. Distant təhsil üzrə məzunlara Azərbaycan və ingilis dillərində təhsili bitirmək haqqında elektron sənəd təqdim olunur.
Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinə qoşula bilərlər. Təqdimat zamanı tələbələr müxtəlif məkanlardan kompüter və mobil telefon vasitəsilə Distant Təhsil Mərkəzinə qoşulublar.
Sonra Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi ilə tanış olub.
Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Türkiyənin Ərzurum Atatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi muxtar respublikanın həyatında əlamətdar hadisədir. Distant Təhsil Mərkəzi Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunun nəticəsidir. 13 il bundan əvvəl keçirilən “Elektron Naxçıvan-1” konfransında Naxçıvan Dövlət Universitetinin kompüterləşməsi proqramının əsası qoyulub və bu gün Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi ilə başa çatıb. Bu gündən etibarən isə universitetdə distant təhsilin tətbiqinə başlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, distant təhsil Naxçıvan Dövlət Universiteti ilə yanaşı, muxtar respublikanın digər ali və orta ixtisas məktəblərində də tətbiq edilməlidir”.
Ali Məclisin Sədri deyib: “Naxçıvan Dövlət Universiteti uğurlu inkişaf yolu keçib. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. Bu gün isə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur. Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi vacib məsələdir. Çünki bu, Naxçıvan Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcəkdir. Eyni zamanda, distant təhsilin tətbiqi müəllimlərin dərs saatının və əməkhaqqının artırılmasına da təsir göstərəcəkdir. Hazırda Naxçıvan Dövlət Universiteti 58 ixtisas üzrə bakalavr təhsili verir. Bu gündən etibarən isə 4 ixtisas üzrə distant təhsil həyata keçiriləcəkdir. Ona görə də mərkəzdə yaradılan şəraitdən düzgün istifadə olunmalı, ixtisasların sayı və müəllimlərin hazırlıq səviyyəsi artırılmalı, tədris olunan ixtisaslar üzrə ədəbiyyatlar hazırlanmalı, Distant Təhsil Mərkəzi beynəlxalq təhsil sistemində tanıdılmalıdır”.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Universitetin Tibb fakültəsinin binası yenidən qurulacaqdır. Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yenidənqurma layihəsinə baxıb.
Ali Məclisin Sədri tikinti işlərinə başlanması ilə bağlı tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

