QHT-lərlə hökumət qurumları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
22.09.2017 [10:21]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 21-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, Şəmkirdə QHT və hökumət təşkilatları arasındakı əməkdaşlıq əlaqələrindən, rayonda QHT-lərə yaradılan şəraitdən danışıb. Bir sıra ölkələrdə illərdir vətəndaş müharibəsinin getdiyini qeyd edən A.Məmmədov Azərbaycanda sabit ictimai-siyasi vəziyyətin bütün sahələrdə müşahidə edilən inkişafın başlıca zəmini olduğunu vurğulayıb.
Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə QHT-lərə münbit şərait yaradılıb. QHT-lər də bu şəraitdən yararlanaraq, ölkəmizin inkişafı naminə birgə işə öz töhfələrini verməlidirlər.
Vüsal Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək, son 10 ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.
O, Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud olduğunu bildirib.
Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. V.Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib.
Milli donor institutlarının fəaliyyətinə də toxunan Vüsal Quliyev, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq olunsun. Eyni zamanda, QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb edilsin, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.
Milli Məclisin deputatı Sona Əliyeva dövlət başçısının apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün ölkə QHT-lərinin cəmiyyətin aparıcı ictimai institutlarına çevrildiyini deyib. S.Əliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində, gənclərin zərərli vərdişlərdən çəkindirilməsində, informasiya müharibəsində fəal iştirakının təmin olunmasında QHT-lərin mühüm rol oynadığını qeyd edib. Deputat Şuranın üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini, innovativ QHT təkliflərini dəstəkləməklə cəmiyyətin aktual problemlərinin həllinə davamlı şəkildə yardım etdiyini vurğulayıb.
Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun formalaşması tarixinə qısa ekskursiya edib. 2001-ci ildə Şəmkir şəhərində QHT-lərin Təlim və Resurs Mərkəzinin yaradıldığını bildirən F.Qurbanov ötən dövrdə QHT-lərin böyük inkişaf yolu keçdiyini vurğulayıb. İcraçı direktor Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının əsas tərəfdaşına çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. “QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb. Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və digər sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”, - deyə F.Qurbanov bildirib.
Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən icraçı direktor, təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da danışıb. Qeyd edib ki, Şuranın konfrans, təlim və seminarlar keçirməkdə əsas məqsədi QHT-lərin bilik və bacarıqlarını yüksəltmək, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: “Şura təkcə 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən çox olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.
Sonra tədbir müzakirələrlə davam etdirilib, təkliflər səsləndirilib.
Konfransda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova regionda QHT sektorunun inkişafına verdiyi dəstəyə görə Şuranın fəxri fərmanı təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42

