Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib
05.07.2017 [09:54]
İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilində universitetin bakalavriat və magistratura pillələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, universitetin müəllim və tələbələri, valideynlər iştirak ediblər.
Məzunları təbrik edən K.Abdulla deyib: “Bu gün, həqiqətən də, əziz gündür. Mən inanıram ki, bu günün ab-havasını, səmimiliyini, doğmalığını siz həyatınız boyu qəlbinizdə qoruyub saxlayacaqsınız”. Rektor Ulu öndər Heydər Əliyevin gənclər haqqında dediyi bir fikri səsləndirib: “Ulu öndər deyib ki, bu tələbələr, bu gənclər mənim sizə əmanətimdir”. K.Abdulla bildirib ki, biz Ulu öndərin bu sözlərini əsas tutaraq gözəl vətənimizi xoşbəxt gələcəyə doğru aparacağıq.
Rektor əminliklə vurğulayıb ki, bu gün universiteti bitirən hər bir gənc dünyanın harasında olursa-olsun, ADU-nun şərəfini uca tutacaq. Məzunlar doğma universitetlə əlaqələrini ömür boyu davam etdirəcəklər. Bu gün Azərbaycanın böyük bir inkişaf yolu keçdiyini, dünya birliyinə inteqrasiya etdiyini deyən K.Abdulla Prezident İlham Əliyevin bu sahədə böyük rolunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın şəhərləri, küçələri, meydanları dəyişdiyi kimi Azərbaycan gənci də dəyişir və ölkəsinə daha faydalı olmağa çalışır. Rektor gəncləri təbrik edib, uğurlu gələcək arzulayıb.
Məzun Aydan Məmmədovanın valideyni Əzizağa Məmmədov ADU-nun müəllim kollektivinə təşəkkürünü bildirib, məzun olan tələbələri təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirin bədii hissəsində tanınmış müğənni, ADU-nun məzunu Elnarə Xəlilovanın ifasında mahnılar səslənib. Universitetin tələbələri müxtəlif musiqi nömrələri, “Dalğa” rəqs ansamblı isə rəqslərdən nümunələr ifa ediblər.
Universitetin ictimai işlərində fəal iştirak etmiş, tədris sahəsində müvəffəqiyyət qazanmış məzunlar diplomlarla təltif olunublar.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində ADU-da təhsilin bakalavriat pilləsi üzrə əyani bölmədən 1457, qiyabi bölmədən 72, magistratura pilləsi üzrə 128 tələbə məzun olub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

