Əl-Cəzirə telekanalı Qarabağ atlarına həsr olunan reportaj yayımlayıb
11.01.2017 [10:01]
Əl-Cəzirə telekanalının Azərbaycanla bağlı silsilə reportajlarının növbətisi Qarabağ atlarına həsr olunub. Reportajda dünyada tayı-bərabəri olmayan Qarabağ atları haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Günəş şüaları altında parıldayan qızılı-narıncı, açıq və tünd qonur rəngli bu atlar ekstremal şoularda xüsusilə seçilirlər. Onların əsas üstünlükləri dözümlülük və dağa çıxmaqda böyük məharətli olmalarıdır. Bu atlar, həmçinin öz həssaslıqları, sahiblərinə sədaqətli olmaları ilə fərqlənirlər.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Əl-Cəzirə telekanalının müxbirinə müsahibəsində Qarabağ atlarının xüsusiyyətləri barədə danışır. O deyir ki, bu növ atlar başqa məşhur at cinsləri ilə müqayisədə ortaboylu olsalar da, keçilməz dağlıq ərazilərdə uzun müddət yol qət edə bildikləri üçün ən yaxşı atlardır.
Reportajda diqqətə çatdırılır ki, Azərbaycan hökuməti bu at cinsinin və onun genetik fondunun qorunması üçün dövlət proqramı həyata keçirir.
Çövkən oyunu üzrə məşqçi və hakim Namiq Orucov bildirir ki, Qarabağ atları Azərbaycanda keçirilən yarışlarda mühüm rol oynayır. Bu yarışların ən məşhurlarından biri çövkən oyunudur. O deyir ki, nəsildən-nəslə keçərək əcdadlarımızdan bizə gəlib çatan çövkən oyunu yalnız Qarabağ və Dilbaz atları ilə oynanılır.
Müəllif vurğulayır ki, Azərbaycanda çövkən oyunu ilə bağlı ildə bir neçə dəfə milli çempionatlar keçirilir. Bu, həm rəsmi səviyyədə, həm də xalq tərəfindən maraqla qarşılanır.
Reportajda, həmçinin Gülnaz adlı atüstü oyunlar üzrə idmançı ilə müsahibəyə yer verilir. İxtisasca neft mühəndisi olan Gülnaz Qarabağ atlarına sevgisi səbəbindən iş yerini tərk edərək özünü bu cinsin qorunması, xarakterik xüsusiyyətlərinin dünyada tanıdılması işinə həsr edib. O, deyir ki, indiyədək dünyanın bir neçə müxtəlif at cinsi ilə işləyib. Lakin Qarabağ atı qədər onu özünə çəkən və rəğbətini qazanan at olmayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27

