Taleh Bağırovun vəkilləri məhkəməni uzatmağa çalışır
17.12.2016 [12:10]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, proses təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirilib. Buna etiraz edən təqsirləndirilən şəxslərin ailə üzvləri zalı tərk ediblər.
Vəkillər isə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyiblər.
Onlar bildiriblər ki, ötən iclasdan sonra müdafiə etdikləri şəxslərlə görüşməyiblər. Vəkillər müdafiə etdikləri şəxslərlə görüşüb məsləhətləşmək istədiklərini deyiblər. Hakim bildirib ki, vəkillər təcridxanada təqsirləndirilən şəxslərlə görüşə bilərlər.
Bundan sonra sənədlərin tədqiqi başlayıb. Hakim cinayət işinin ayrılması haqqında qərarı, işdə olan raportları, silah götürülməsi haqqında protokolu və maddi sübutların götürülmə protokolunu elan edib.
Vəkil Yalçın İmanov bildirib ki, sənədlər tədqiq olunan zaman tərəflər dinlənilməli və hansı sənədin tədqiq olunması tərəflərlə razılaşdırılmalıdır. Hakim isə bildirib ki, vəsatətlərə sonda baxılacaq və bu qərar məhkəmə tərəfindən verilib. Vəkillər iclasa sədrlik edən hakim Əlövsət Abbasova etiraz ediblər.
Onlar etirazı yazılı şəkildə hakimə təqdim ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra vəkillər bildiriblər ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər. Prokuror imtinanın əsassız olduğunu deyib. O, imtinanın təmin edilməməsini xahiş edib.
Məhkəmə imtinanı qəbul etməyib.
Vəkillər isə qeyd ediblər ki, müdafiə etdikləri şəxslər onlardan imtina etdikləri üçün iclasda iştirak edə bilməzlər. Hakim bildirib ki, təqsirləndirilən şəxslər qaydaları pozub məhkəməyə hörmətsizlik ediblər: “Heç kim bu hörmətsizliyi qəbul etməz. Bütün bunlar məhkəməni uzatmağa xidmət edir. Onları iclasda iştiraka dəvət etdik, lakin Taleh Bağırov iştirak etmədiyi üçün digərləri də iştirak etmək istəmədilər. Zalın divarına sözlər yazıblar. Hamısını aktlaşdırdıq”.
Yalçın İmanov deyib ki, ötən iclasda zalda kənar şəxs olub və təqsirləndirilənlər buna etiraz ediblər. Hakim isə həmin məsələyə görə nəzarətçilərə irad bildirdiyini deyib.
Daha sonra vəkillər məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Bundan sonra vəkillər məsləhətləşmək üçün vaxt istəyiblər. Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra hakim iclası davam etdirib. Cinayət işində olan baxış keçirilmə haqqında protokol, meyitlərə baxış protokolları və digər sənədlər elan edilib.
Proses dekabrın 19-da davam edəcək.
Qeyd edək ki, T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13

