Ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycanı bəlalardan xilas etdi
19.10.2016 [10:11]
Oktyabrın 18-də Yeni Azərbaycan Partiyası və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.
Azərbaycanın dövlət himni səsləndikdən sonra “Tarixi yaradan şəxsiyyət” adlı sənədli film nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Azərbaycanın müstəqillik tarixi barədə ətraflı danışıb. Qeyd edib ki, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. İcra başçısı tarix üçün uzun olmayan bu 25 ildə Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini xüsusi vurğulayaraq deyib: “Bu 25 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. 1991-1993-cü illərdə hakimiyyətdəki səriştəsizliyin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmlənməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun ölkədə hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsinə son qoyuldu”.
İ.Abbasov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, dövlətimizin başçısının uğurlu, düşünülmüş siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar təbii ki, Heydər Əliyevin ideyalarının yaşamasının, Prezident İlham Əliyevin müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətinin nəticəsidir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək bildirib ki, tarixi müstəqilliyin ötən hər bir ili ölkəmiz və xalqımız üçün son dərəcə məsuliyyətli dövr kimi yaddaşlarda qalıb. Xalqımız azadlığa, müstəqilliyə qovuşmaq, öz taleyini sərbəst şəkildə müəyyənləşdirmək üçün əsrlər boyu qanlı mübarizələr aparıb. Bu mübarizələrə Azərbaycanın bir çox tarixi şəxsiyyətləri rəhbərlik edib, milli azadlıq mübarizəsinin önündə gedərək göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazıblar.
Milli Məclisin deputatı Ağacan Abıyev, YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Kənan Kərimov, yazıçı-publisist Təranə Cəbiyeva çıxışlarında xalqımızın müstəqillik uğrunda apardığı çoxillik mübarizədən, istiqlaliyyətini bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılardan, eyni zamanda, Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətindən, Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından, Onun xilaskarlıq missiyasından, sonrakı illərdə dövlətçiliyimizin möhkəm zəmin əsasında formalaşdırılmasından söz açıblar.
Sonda konfrans iştirakçılarına musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

