/ / Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə keçirilən “ReTweet” kampaniyasına yekun vurulub
Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə keçirilən “ReTweet” kampaniyasına yekun vurulub
07.10.2016 [10:05]
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referenduma dəstək məqsədilə Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə reallaşdırılan “Retweet” kampaniyasının oktyabrın 6-da bağlanışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının təmsilçiləri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak ediblər.
ARGTMŞ-nin sədri Seymur Hüseynov çıxış edərək “Xətdə” proqramı çərçivəsində həyata keçirilən “ReTweet” kampaniyasının ilk təcrübə olmadığını bildirib. Qeyd edib ki, 2013-cü ildən bu proqram vasitəsilə gənclər sosial şəbəkələr və bloqçuluq fəaliyyəti ilə bağlı təlimləndirilib. Həmçinin bu sahədə onlayn təlimlər hazırlanıb, sosial şəbəkələrdə kifayət qədər fəal iş aparılıb. Gənclərin fəal şəkildə qoşulduğu “ReTweet” kampaniyası çərçivəsində referendumla bağlı #GoReferendum həştəqi ilə yayımlanan 8463 tvitə 44 min 541 profildə 1 milyon 257 min 115 dəfə baxılıb.
S.Hüseynov Şuranın “Xətdə” proqramının fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutduğunu vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərimizin tarixi köklərimiz, milli mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz ilə bağlı sağlam düşüncədə olmalarının əhəmiyyətini xüsusi qeyd edib. Bu baxımdan belə layihələrin davamlı şəkildə reallaşdırılmasının önəmini vurğulayan İ.Babayev bildirib ki, gənclərin gündəmdəki mövzulara maraq göstərmələri, dövlət siyasətinin həyata keçirilməsində fəallıq nümayiş etdirmələri çox vacibdir.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları üzərindən təbliğat işinin aparılmasının aktuallıq kəsb etdiyini söyləyib. Deputat gənclərimizin elektron informasiya kanalları vasitəsilə bu prosesdə fəallıqlarının önəmini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov deyib ki, gənclər bu kampaniya vasitəsilə dövlət siyasətini bir daha dəstəklədiklərini göstərdilər. Gənclər təşkilatları onlayn platformalardan istifadə edərək təbliğat işlərinin miqyasını daha da genişləndirə bilərlər.
Sonra kampaniya çərçivəsində sosial şəbəkələrdə keçirilən müsabiqənin qalibi, Şuranın üzvü olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin nümayəndəsi Şəfiqə Əhmədova mükafatlandırılıb. Kampaniya ərzində fəallıq göstərən “Odlar Yurdu”, “Bakı Gənclər Klubu”, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai birlikləri, Yeni Yazarlar və Sənətçilər Qurumu diplomlar, gənclər Minacət Əliyeva, İqbal Ağamalıyev, Mirzə İsgəndərov, Sevinc Kərimli, Qulu Abdullazadə isə şəhadətnamələrlə təltif olunublar.
Müsabiqənin qalibi Şəfiqə Əhmədova tərəfindən #sesiniver həştəqi ilə yazılan 1863 tvit 190 min 478 dəfə istifadəçilərə görünüb və kampaniya ərzində bir dəfə günün trendi olub.
Xatırladaq ki, “Retweet” kampaniyası ARGTMŞ-nin təşəbbüsü ilə “Xətdə” proqramı çərçivəsində həyata keçirilib. Kampaniya gənclərin referendumla bağlı məlumatlılığının artırılması, əlavə və dəyişikliklərin mahiyyətinin geniş ictimaiyyətə, xüsusən gənclərə çatdırılması məqsədilə təşkil olunub. Kampaniya çərçivəsində ARGTMŞ-nin komandası və üzvləri olan gənclər təşkilatlarının nümayəndələri tərəfindən #GoReferendum və #26sentyabr həştəqləri ilə referendum ərəfəsində gənclərin məlumatlılığını artıran və onları fəal iştiraka çağıran tvitlər, habelə təbliğat məqsədilə hazırlanmış videolar paylaşılıb. #GoReferendum, #26sentyabr həştəqi ilə paylaşılan videolar və tvitlər “Twitter Azərbaycan” rəsmi profilində ən çox paylaşılan tvitlər siyahısında yer alıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43

