SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak ediblər
12.08.2016 [10:00]
SABAH tələbələri 31 iyul-7 avqust tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak ediblər. Təhsil Nazirliyindən verilən məlumata görə, 700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən, 10 nəfər SABAH tələbəsi seçilib. Müxtəlif baza ali təhsil müəssisələrindən olan tələbələr Londonda intensiv ingilis dili kursunda iştirak etməklə, dil biliklərini, eyni zamanda dünyagörüşlərini inkişaf etdirmək imkanı əldə ediblər.
Bildirilib ki, proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların şəxsi inkişafına dəstək verməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, ikinci ildir keçirilən yay məktəbində SABAH tələbələri dünyanın bir sıra ölkələrindən olan tələbə və müəllimlərlə tanış olub, ünsiyyət və danışıq klubunda iştirak ediblər. Kursun sonunda tələbələrə sertifikatlar təqdim olunub.
Asudə vaxtlarında SABAH tələbələri Britaniya muzeyi, Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Parlament binası, Biq Ben qülləsi, Bukinqem sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Recent parkı, Kiçik Venesiya, həmçinin Oksford şəhəri və Oksford Universitetinin “Christ Church” kampusunu və digər tarixi-mədəni yerləri görmək imkanı əldə ediblər.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
Müşfiqə
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

