BANM-də “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının təqdimatı keçirilib
09.06.2016 [09:42]
Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubskinin müəllifi olduğu “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” (Offshore Oil and Gas Installations Security) kitabının təqdimatı keçirilib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov müasir geopolitik reallıqlarda dünyanın üzləşdiyi bir çox problemlərdən, həmçinin Azərbaycan dövlətinin öz ərazisində yerləşən dəniz neft-qaz platformalarına güclü nəzarətindən bəhs edib. Bir ölkənin iqtisadiyyat gücünə böyük zərbə vuran neft-qaz platformalarına edilən hücumlardan söz açaraq, bu sahədə təhlükəsizlik tədbirlərinin artırılmasının və beynəlxalq təşkilatların terror hücumlarına qarşı səfərbər olmasının vacibliyini vurğulayıb. O, Mixail Kaşubskinin ərsəyə gətirdiyi “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının əsaslı faktlara və təhlillərə kökləndiyini deyərək gələcəkdə terror hücum hallarının qarşısının alınmasında böyük töhfə verə biləcəyinə əminliyini ifadə edib.
Mixail Kaşubski müəllifi olduğu kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Kitabın 10 il müddətində tarixi faktlara, geopolitik təhlillərə, elmi araşdırmalara əsaslanaraq ərsəyə gətirildiyini deyib. M.Kaşubski kitabın qlobal iqtisadi böhrana səbəb olan neft-qaz platformalarına terror hücumlarının qarşısını almaq məqsədilə beynəlxalq təşkilatların diqqətini bu problemə cəlb etmək, onları bu istiqamətdə daha mühüm tədbirlər görməyə sövq etmək, dünya ölkələrində neft-qaz sənayesinin təhlükəsizliyini təmin etmək və həyəcan təbili çalmaq məqsədini daşıdığını bildirib. O, kitabın xüsusilə neft-qaz sahəsində fəaliyyət göstərən və təhsil alan oxucu auditoriyası üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin M.Kaşubski Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin köməkliyi ilə kitabın Azərbaycan və rus dillərinə tərcüməsinin nəzərdə tutulduğunu deyib.
Təqdimatdan sonra M.Kaşubski tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

