Dini radikalizmlə mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı olub
19.05.2016 [10:24]
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, filmdə dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin təbliği baxımından bu filmin böyük əhəmiyyət daşıdığını deyib. Rektor milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, dünyada İslam dinindən və digər dinlərdən başqa məqsədlər üçün istifadə etməyə çalışan qüvvələr var. Radikal qruplardan geosiyasi maraqlar üçün istifadə edilir. Ona görə də dini radikalizmə qarşı mübarizəni gücləndirməliyik.
Komitə sədri qeyd edib ki, 2016-cı ilin Azərbaycan Prezidenti tərəfindən “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil: “Biz islam dünyasının bir parçasıyıq və islam ölkələrində baş verən proseslər istər-istəməz bu və ya digər dərəcədə bizə də təsir edir. Gəncləri dini radikal qrupların təsirindən qorumaq üçün təbliğat vasitələrindən biri də filmlərdir. Biz belə filmlərin sayını artırmağa çalışacağıq”.
Qeyd edilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmə qarşı tədbirləri kəmiyyət və keyfiyyət baxımından yeni mərhələdə, ardıcıl və intensiv şəkildə həyata keçirir. Dini radikalizmlə mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Lakin aparılmış təhlillərin nəticəsi təsdiqləyir ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var.
Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.
Daha sonra filmə baxış keçirilib və ekran əsəri ətrafında müzakirələr aparılıb.
Filmin ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov, eləcə də filmdə ekspert qismində çıxış etmiş deputat Elman Nəsirov fikirlərini bölüşüblər.
“Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxış keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43

