Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının qurucularından biridir
17.12.2015 [10:17]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın prezidenti, akademik Akif Əlizadə vurğulayıb ki, akademik Mustafa Topçubaşov iyirminci əsr Azərbaycan elmi və ictimai fikir tarixinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bu mənada görkəmli alimin yubileyi bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar hadisədir.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Mustafa Topçubaşov Azərbaycan cərrahlıq məktəbinin banisi və ölkəmizdə səhiyyənin təşkilatçılarından biri olub. Qısa fasilə ilə, 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyıb. Qeyd edib ki, akademik Mustafa Topçubaşov Bolqarıstan Elmlər Akademiyasının, Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü seçilib, respublikada Siyasi və Elmi Bilikləri yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, “Abdominal cərrahiyyə” jurnalının redaktoru, respublika və ittifaq miqyaslı elmi-tibb jurnalların redaksiya heyətlərinin üzvü olub.
Mustafa Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. Müharibə illərində hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə olunub. 62 illik əmək fəaliyyəti dövründə akademik Mustafa Topçubaşov 100 mindən çox uğurlu cərrahiyyə əməliyyatı həyata keçirib, 300-dən çox elmi iş, elmi-kütləvi məqalə, 8 monoqrafiya və 5 cildlik orijinal “Xüsusi cərrahlıq” dərs kitabının müəllifi olub.
Bildirilib ki, akademik Mustafa Topçubaşov bölgələrimizdə, xüsusən də Naxçıvanın səhiyyə quruculuğunda yaxından iştirak edib. Akademik Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının ilk 15 üzvü və qurucularından biridir.
Tədbirin sonunda akademik Mustafa Topçubaşovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

