Ədliyyə işçiləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
15.12.2015 [10:22]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək Ümummilli liderin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüblər.
Sonra dahi rəhbərin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirlikdə təşkil olunmuş anım mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu öndərin nəsillərə örnək olan şərəfli və mənalı ömür yolundan, milli dövlətçilik tariximizdə əvəzsiz xidmətlərindən danışıb, qanunun aliliyinə və ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirən Ümummilli liderimizin Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin müəllifi olduğunu söyləyib. Nazir bu yaxınlarda Türkiyədə nəşr olunan “Azərbaycanın səsi” jurnalının xüsusi buraxılışının “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusuna həsr olunmasını məmnunluqla bildirib.
Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatımızın bütün sahələrində davamlı tərəqqiyə nail olunduğu və bu prosesə dəstək olan Heydər Əliyev Fondunun nəcib fəaliyyəti və Ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliğində müstəsna rolu qeyd olunub.
Nazir bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin yüksək səviyyədə həyata keçməsini və müxtəlif, o cümlədən hüquq sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasını xüsusilə vurğulayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.
Mərasimdə çıxış edən ədliyyə işçiləri Ulu öndərə əbədi ehtiramlarını bildirərək, dahi liderimizin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalacaqlarına, dövlətimizin başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin inkişafı naminə daha böyük məsuliyyətlə və əzmkarlıqla çalışacaqlarına söz veriblər.
Anım günü ilə bağlı nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalar və fotoşəkillərlə, eləcə də xüsusi stendlə tanış olunub, yaradılmış elektron məlumat lövhəsində və kinozalda Ümummilli liderə həsr olunmuş filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil edilib.
Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə qurumlarında da anım mərasimləri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

