/ / EPOS VƏ ETNOS: “Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilən beynəlxalq simpozium
EPOS VƏ ETNOS: “Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olmasının 200 illiyinə həsr edilən beynəlxalq simpozium
13.11.2015 [10:10]
Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Slavyan Universiteti (BSU) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 12-də beynəlxalq simpozium keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev tədbirin əhəmiyyətindən danışıb. O deyib: “Prezident İlham Əliyevin imzaladığı Sərəncam əslində Azərbaycanın alman aliminə minnətdarlığının ifadəsidir. 1815-ci ildən bu günədək müxtəlif alimlər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı bir çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti bu istiqamətdə mühüm layihə və tədbirlər həyata keçirir”.
Dövlət müşaviri vurğulayıb ki, mərkəz tərəfindən dastanın “Təpəgöz” boyunun 25 dilə tərcümə və nəşri nəzərdə tutulub. “Kitabi-Dədə Qorqud” dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının abidəsi deyil, dünya miqyasında mühüm abidədir. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təbliğidir.
BSU-nun rektoru, professor Asif Hacıyev simpoziumun dastanla bağlı həyata keçirilən layihələrin davamı olduğunu vurğulayıb. Rektor bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsi bu böyük türk abidəsinə olan hörmət və qayğının təcəssümü idi. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Dövlət başçısının dastanın alman dilində nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam göstərir ki, milli mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir. Bu istiqamətdə BSU-da bir-birindən maraqlı tədbirlər keçirilir.
Digər çıxış edənlər də “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıb, qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Simpozium çərçivəsində Bakı Slavyan Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Plenar iclasda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın “Dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin qaynağı “Kitabi-Dədə Qorqud”, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Dədə Qorqud kitabı”nda boy tutumu məsələsi, dosent Vahid Adilov “Kitabi-Dədə Qorqud”da işlənmiş bir neçə ifadə haqqında”, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva “Kitabi-Dədə Qorqud”da mürəkkəb cümlə sintaksisi” mövzularında çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30

