Nərimanov rayonunda yanğın təhlükəsizliyi ilə bağlı hazırlıq məsələləri müzakirə edilib
19.10.2015 [10:09]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin yaxınlaşmaqda olan qış mövsümü ilə əlaqədar rayon icra hakimiyyətləri və digər qurumlarla birgə keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətində “Yanğın profilaktikasında və yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müzakirələr aparılıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə rayon rəhbərliyi, Bakı Regional Mərkəzinin, Nərimanov rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin, rayonun kommunal-təsərrüfat təşkilatlarının rəhbərləri və bələdiyyə üzvləri qatılıblar.
Müşavirədə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Şahmar İbadov yanğın profilaktikasında və yanğın hadisələri zamanı düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolundan danışaraq rayonda payız-qış mövsümünə hazırlığın yekunlarına dair məlumat verib. Ş.İbadov əksər hallarda qış mövsümündə baş verən yanğın hadisələrinin və digər belə halların aradan qaldırılmasında maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. O, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində mütəmadi olaraq mühüm qabaqlayıcı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev respublika əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi, baş vermiş təhlükəli hadisələr zamanı insanların axtarışı və xilası istiqamətində aparılmış işlər barədə videogörüntülər əsasında məlumat verib. O, nazirliyin digər dövlət strukturları ilə birgə səyləri nəticəsində insan tələfatının və maddi itkilərin sayının xeyli azaldığını deyib. FHN-in nümayəndəsi görülmüş işlərə baxmayaraq, bir sıra hallarda fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyinin norma və qaydalarının tələblərinin pozulmasının insanların həyat və sağlamlığını təhlükə altında salmasına, onların əmlakının məhvinə, infrastrukturun sıradan çıxmasına və dövlət büdcəsinə külli miqdarda ziyan vurmasına səbəb olduğunu bildirib. Belə halların qarşısının alınmasında insanların yanğın profilaktikası sahəsində maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra yanğın təhlükəsizliyinin və fəlakətlərinin aradan qaldırılması və s. mühüm mövzularda məruzələr dinlənilib.
Müşavirədə, eyni zamanda, rayonun istilik, enerji, qaz, su, lift, mənzil-kommunal və təcili tibbi yardım xidmətləri sahəsində görülən işlər diqqətə çatdırılıb, təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarətin gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Tədbirdə rayonun fövqəladə hallar komissiyasının, yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda baş verə biləcək fövqəladə halların qarşısının alınması ilə bağlı FHN və nazirliyin yerli orqanı olan Nərimanov rayon fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, belə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

