“Kaspi” Təhsil Şirkətinin 2014-2015-ci tədris ili üçün yekun hesabatı açıqlanıb
09.09.2015 [10:16]
Sona Vəliyeva: “Kaspi” öz fəaliyyəti ilə ölkəmizin gələcək quruculuğunun təminatçısı olan gənclərin yetişdirilməsində dövlətin təhsil siyasətinə dəstək verir
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkəti tərəfindən 2014-2015-ci tədris ilinə dair yekun hesabatın təqdimatı və ictimaiyyəti qazanılan uğurlar, gələcək planlar barədə məlumatlandırmaq məqsədilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və digər əməkdaşlar, KİV nümayəndələri, abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən Sona Vəliyeva “Kaspi” Təhsil Şirkətinin 2014-2015-ci tədris ilindəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, bildirib ki, bu tədris ilində “Kaspi” təhsil mərkəzlərində hazırlıq keçmiş abituriyentlər 95 faiz nəticə göstərib. S.Vəliyeva, abituriyent kursunun əsas meyarı hesab olunan orta balın bu il “Kaspi”də 450 olduğunu diqqətə çatdırıb. Şirkətin təsisçisi bildirib ki, ötən tədris ilində isə bu göstərici 380 idi. Onun sözlərinə görə, 2014-2015-ci tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici Cəfər Balakişiyev tərəfindən (685 bal), rus bölməsi üzrə ən yüksək göstərici isə Nərmin Camalova tərəfindən (691 bal) olub.
Sona Vəliyeva təsisçisi olduğu təhsil ocağının fəaliyyət göstərdiyi 8 il ərzində uğurlarını yada salaraq “Kaspi”nin bir mərkəz kimi necə fəaliyyətə başlaması, onun inkişafı yolunda hansı addımların atılmasından danışıb: “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə əcnəbi dilləri tədris edən bir mərkəz kimi fəaliyyətə başlayıb, növbəti illər ərzində abituriyent, magistratura, məktəbəqədər hazırlıq, kompüter, əcnəbi dillərin tədrisi kursları, ümumtəhsil orta məktəbləri (“Kaspi” liseyləri), uşaq bağçaları, “Kaspi Global” (xaricdə təhsil xidmətləri) kimi məhsulları ilə fəaliyyətini genişləndirib. Hazırda şirkətin 8 mərkəzi, 2 liseyi, 2 uşaq bağçası, 3 yerli nümayəndəliyi fəaliyyət göstərməkdədir”.
Sona Vəliyeva qeyd edib ki, “Kaspi” öz fəaliyyəti ilə ölkəmizin gələcək quruculuğunun təminatçısı olan gənclərin yetişdirilməsində dövlətin təhsil siyasətinə dəstək verir. O diqqətə çatdırıb ki, “Kaspi” fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, qısa müddətdə təhsil şirkəti statusunu alıb. Şirkətdə abituriyentlərin təhsili üçün rahat şərait yaradılıb. Təsadüfi deyil ki, Azərbaycan universitetlərində təhsil alan 1600-ə yaxın tələbə “Kaspi”nin abituriyentləri olub. Abituriyentlərdən 380 nəfərə yaxını isə xaricdə təhsil alıb. Onların əksəriyyəti yenidən Azərbaycana qayıdaraq, mühüm vəzifələrdə çalışırlar.
“Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev isə bildirib ki, artıq şirkətin regionlarda da mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin 2015-2016-cı tədris ilində Xətai rayonunda “Kaspi” liseyi və “Kaspi” uşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəz fəaliyyətə başlayacaq. E.Əliyev qeyd edib ki, “Kaspi”nin ilk xidməti ingilis dili kursları olub. Bu ildən etibarən ingilis dili kurslarını bitirənlərin bilikləri Kembric Universitetinin imtahanları əsasında yoxlanılacaq və sonda verilən sertifikat isə beynəlxalq sertifikat kimi tanınacaq.
Tədbirdə “Kaspi”də hazırlıq keçmiş abituriyentlərin valideynləri çıxış edərək şirkətin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda yüksək nəticə göstərmiş tələbələrə şirkətin təsisçisi Sona Vəliyeva tərəfindən hədiyyələr təqdim olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52

