Anomal istilər nə qədər davam edəcək?
04.08.2015 [01:03]
Mütəxəssislər xəbərdarlıq edirlər: Bu hava şəraiti sağlamlığınıza ciddi təhlükələr yarada bilər
Azərbaycan ərazisində son günlər müşahidə edilən anomal istilər hələ bir müddət davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 1-dən başlayan anomal isti hava şəraiti bu ayın 5-dək hökm sürəcək. Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Mütəxəssislər isə deyirlər ki, anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar (xüsusilə də, meteohəssas insanlar) üçün xüsusilə əlverişsiz olacaq. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycan Tibb Universitetinin Tədris Terarevtik Klinikasının direktoru, professor Surxay Musayevin sözlərinə görə, xüsusilə də ürək çatışmazlığı olan insanların vəziyyəti yay aylarında xeyli pisləşir: “Bu vəziyyətin yaranmasına əsas səbəb isə istidə tərləmə vasitəsilə insan orqanizminin xeyli miqdarda su və duz itirməsidir. Yayda ürək xəstəliyi olan insanlarda aritmiya ehtimalı da artır ki, bu da ürək çatışmazlığı olan xəstələrin əsas ölüm səbəblərindən biridir. Aritmiyaların kəskinləşməsinə isə elektrolit pozulmaları səbəb olur. İsti hava şəraitində tənəffüs sistemində problemi olan xəstələr də özlərini pis hiss edirlər. Bu, onların psixologiyasına mənfi təsir göstərir”.
Həkim məsləhət görür ki, qarşıdakı isti günlərdə ürək xəstəliyi olan insanlar, ilk növbədə, qəbul etdikləri qidaya diqqət yetirsinlər: “Xüsusilə də, ortayaşlı insanlar qida rasionundan kərə yağını çıxartmalı, mal əti və ondan hazırlanan yeməklərdən uzaq durmalıdırlar. Daha çox meyvə-tərəvəzdən hazırlanan yeməklərə üstünlük verilməlidir. Yay aylarında ürək xəstəlikləri olanlara havanın sərin vaxtı, səhər və axşam saatlarında gəzintiyə çıxmaq da faydalıdır. Yayın isti günlərində Günəş şüalarının təsirindən daha çox ehtiyatlanmaq lazımdır. Bu günlər saat 12:00-dan 16:00-a kimi günün altında qalmamaq lazımdır. Çünki Günəş şüaları açıq havada uzun müddət olan hər kəsə pis təsir göstərə və günvurmaya səbəb ola bilər”.
Surxay Musayevin sözlərinə görə, günvurma çox vaxt ürək bulanması, qusma, başgicəllənməsi, başağrısı, rəngin avazıması ilə müşayiət olunur. Bu zaman günvuran insan hətta huşunu da itirə bilər. Həkimin sözlərinə görə, günvurma nəticəsində beyin damarlarının daralması, dəri damarlarının genişlənməsi, təzyiqin aşağı düşməsi, güclü tərləmə səbəbindən qanın qatılaşması baş verə bilər. Ümumilikdə xəstənin vəziyyəti onun günün altında nə qədər qalmasından asılıdır. Həkim məsləhət görür ki, günvuran insanı dərhal sərin və kölgəli məkana keçirtmək lazımdır. Xəstənin huşu özündədirsə, ona ilıq maye içirtmək olar: “Dədə-babalarımız həmişə günvuran adama ayran, qatıqla kömək ediblər. Çünki tərləmə zamanı insan bədəni çoxlu duz itirir. Çox vaxt xəstənin vəziyyətinin kəskinləşməsi məhz bu səbəbdən baş verir. Bu mayelər isə bədəndə duzun bərpasına kömək edir. Günvuran adamlara sistem şəklində 1-1,5 litrə yaxın maye köçürülməlidir. Xəstənin temperaturunu aşağı salmaq üçün onun bədənini buzla, soyuq su ilə silmək lazımdır. Bu məqsədlə damarların, bud arteriyalarının üzərinə, qoltuq altına, boyuna buz da qoyula bilər”.
Həkimin sözlərinə görə, günvuran adamları bir müddət sərin otaqda, yataq şəraitində saxlamaq lazımdır: “Lazım gələrsə, belə xəstələr hospitalizasiya olunur və onların stasionar müalicəsi aparılır. Xəstənin huşu özündə olmayanda isə onu mütləq reanimasiya şəraitində müalicə etmək lazımdır”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

