Bələdiyyə-mətbuat əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
24.07.2015 [09:31]
Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə KİV təmsilçiləri qarşısında hesabat verdi
Dünən Binəqədi rayon bələdiyyələri tərəfindən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə “Bələdiyyə-mətbuat əməkdaşlığı: yeni mərhələ və hesabatlılıq” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə iyulun 23-nün Ağdam rayonunun işğal tarixi olduğu bildirilib, həmin gün erməni təcavüzünün qurbanı olanların və ərazi bütövlüyümüz uğrunda savaşda həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş nitqi ilə açan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov milli mətbuatımızın 140 illik yubileyi münasibətilə media mənsublarını təbrik edib. Bələdiyyə sədri bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd həm jurnalist dostların bayram sevincinə sevinc qatmaq, həm də bələdiyyə olaraq ictimaiyyət qarşısında hesabat verməkdir: “Bildiyiniz kimi, bələdiyyələr seçkili orqan olaraq ildə iki dəfə öz seçiciləri qarşısında hesabat verir, sakinlərini görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyətini, planlarını açıqlayırlar. Kütləvi informasiya vasitələrinin auditoriyasının daha geniş, oxucu və dinləyici kütləsinin daha əhatəli olmasını nəzərə alaraq, biz - Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə sizlər qarşısında da hesabat verməyi qərara aldıq”.
Belə bir tədbiri bələdiyyə-mətbuat əməkdaşlığının yeni mərhələyə qədəm qoymasının bariz nümunəsi adlandıran H.Hüseynov “məhz Prezident İlham Əliyevin bələdiyyələrlə bağlı haqlı iradlarını nəzərə alaraq bu tədbiri keçirməyə qərar verdik” deyib. O, bildirib ki, ümumilikdə bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artıb. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib: “Dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və verilən hərtərəfli dəstək onların işini daha da yaxşılaşdırıb, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Ancaq bununla kifayətlənmək qeyri-mümkündür. Çünki ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur, idarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır. Şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil”.
Tədbirdə, həmçinin, Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov 6 aylıq hesabat məruzəsi ilə çıxış ediblər. Hesabatlar dinlənildikdən sonra bələdiyyə sədrləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Sonda bir qrup media nümayəndəsinə Binəqədi rayon bələdiyyələri adından “Bələdiyyə dostu” Fəxri diplomları və xatirə hədiyyələri təqdim edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

