/ / QHT-lərə Dövlət Dəstəyi Şurası milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistlərlə görüş keçirib
QHT-lərə Dövlət Dəstəyi Şurası milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistlərlə görüş keçirib
17.07.2015 [12:13]
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə jurnalistlərlə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri Azay Quliyev tədbirdə çıxış edərək xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərmiş “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə onun inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan “Əkinçi” qəzeti həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da xüsusi önəm verdi, ölkəmizdə azad sözə, azad fikrə geniş imkanlar yaradıldı. 1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırıldı. Bundan sonra mətbuat daha sürətlə inkişaf etməyə başladı.
Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Quliyev dövlətimizin başçısının mətbuatın inkişafına böyük diqqət və qayğı göstərdiyini bildirib. O, dövlətimizin başçısının imzaladığı Sərəncamla 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığını və Fond tərəfindən KİV-lərə davamlı olaraq maddi yardımın göstərildiyini bildirib. Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığı, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyü qeyd edilib.
Şura sədri mətbuatın ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini geniş işıqlandırdığını diqqətə çatdırıb. O, mətbuatın müasir cəmiyyətdə dəyərlərin və davranış normalarının formalaşmasında rolunu qeyd edərək bu amilin jurnalistlərin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib ki, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərib və öz qələmləri ilə xalqımızın maariflənməsinə mühüm töhfələr veriblər. Vurğulanıb ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli lider demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçiləri üçün yaşayış evlərinin tikilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunələridir.
Sonra milli mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

