“Bələdiyyə və media: mövcud durum və inkişaf istiqamətləri” mövzusunda müzakirələr aparılıb
11.07.2015 [10:55]
İyulun 10-da Bakıda “Bələdiyyə həyatı” qəzetinin təşkilatçılığı ilə Azərbaycan mətbuatının 140 illik yubileyinə həsr olunan “Bələdiyyə və media: mövcud durum və inkişaf istiqamətləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri, Bakı bələdiyyələrinin sədrləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri iştirak ediblər.
“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. Bildirilib ki, “Bələdiyyə həyatı” qəzetində bələdiyyə sahəsi ilə bağlı çoxsaylı materiallar dərc olunur. Qəzet bələdiyyələrin fəaliyyətini stimullaşdımaq üçün bir vasitədir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək Azərbaycan milli mətbuatının inkişafından, bələdiyyələrlə bağlı qanunvericilikdən, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsindən, yerli özünüidarəetmənin inkişafından danışıb. O deyib ki, əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan vermək olan “Əkinçi” qəzeti öz fəaliyyəti dövründə milli şüurun formalaşmasında mühüm rol oynayıb.
Qeyd edilib ki, kəşməkəşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ötən əsrin 70-ci illərindən başlayaraq öz üzərində daim Ümummilli liderimiz Heydər Əliyevin qayğısını hiss edib. Çünki Ulu öndər hətta sovet dövrünün ciddi senzura şəraitində belə fikir və söz azadlığının himayədarı olub, mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına təkan verib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı özünün yeni mühüm inkişaf dövrünü yaşayır. Qəzetlərin Azərbaycan nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımının edilməsi və mətbuat işçilərinin mənzillə təmin olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunələridir. A.Rəhimzadə bələdiyyə institutunun Azərbaycanda ən vacib dövlət orqanlarından biri olduğunu söyləyib, bələdiyyələrin yaxşı fəaliyyət göstərməsi üçün insanların fəal olmalarının zəruriliyini vurğulayıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxışında Azərbaycan milli mətbuatının inkişaf tarixindən danışıb. O, Azərbaycan milli mətbuatının özünəməxsus ənənələr yaratdığını və şanlı jurnalistlər nəsli yetişdirdiyini söyləyib. Bildirib ki, mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərib.
Qeyd edilib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olub. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.
M.Səlimzadə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinin, bu sahədə institusional tədbirlərin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistləri təbrik edib, bələdiyyələrin qarşısında duran vəzifələrdən söz açıb.
“Dəyirmi masa”da bir sıra bələdiyyə sədrləri yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, onların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

