“Alov Qoruyanlar”
06.05.2015 [10:30]
Ölkəmizdə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri uğurla davam etdirilir. Artıq bu mötəbər yarışlara sayılı günlər qalır. Sevindirici haldır ki, Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq “Bakı-2015” ilk Avropa Oyunlarını ictimai təşkilatlarla yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də dəstəkləyirlər. Həyata keçirilən bu Avropa Oyunlarının könüllü proqramı gənclərin “Bakı-2015” Avropa Oyunlarına qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradacaq. Könüllülərin ilk Avropa Oyunlarında “Alov Qoruyanlar” kimi tanınması isə gənclərimizə ölkəmizin qonaqpərvərliyi və idman entuziazmına töhfə vermək üçün yeni imkanlar yaradacaq.
Bildiyiniz kimi, artıq bir neçə gündür ki, “Yeni Azərbaycan” qəzeti “Alov Qoruyanlar” adlı yeni rubrikaya start verib. Bu rubrikada mütəmadi olaraq birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Birinci Avropa Oyunlarında iştirak etmək, həmçinin, bütün Avropanı Bakı şəhərində salamlamaq “Bakı-2015”in könüllüləri üçün çox gözəl və önəmli bir fürsətdir”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının ikinci kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Cavad Fətəlizadə deyib: “Bizim “Alov Qoruyan” adı ilə bu yarışlarda iştirakımız, heç də təsadüfi deyil. Bu adı daşımaq biz gənclərə ölkəmizin qonaqpərvərliyini təbliğ etmək üçün gözəl imkan yaradacaq. Təbii ki, “Bakı-2015”in könüllülərinin əsas vəzifəsi oyunlar ərzində idmançılar, o cümlədən, rəsmi şəxslərə kömək etmək, həmçinin, idman yarışlarında işləyəcək şəxslərə, tamaşaçılara və ya media nümayəndələrinə dəstək göstərməkdən ibarətdir. Mən ümidvaram ki, “Alov Qoruyanlar” “Bakı-2015” Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərməklə yanaşı, bu sahədə gözəl bir ənənənin əsasını qoyacaqlar”.
“Könüllülərin sırasında olduğum üçün qürur duyuram. Ölkəmizdə bu cür mötəbər tədbirin keçirilməsi isə böyük bir tarixi hadisədir”. Bunu isə qəzetimizə açıqlamasında Azərbaycan Dillər Universitetinin dördüncü kurs tələbəsi “Bakı-2015”in könüllüsü Aydan Mirzəyeva deyib. O, qeyd edib ki, bu yarışlara qatıldığı üçün çox sevinir: “Eşidəndə ki, belə bir müsabiqə keçirilir, dərhal bu müsabiqəyə qatılmaq qərarına gəldim. Müsabiqədən uğurla keçdim və könüllülərin sırasına qatıldım. Bu yarışlarda biz ölkəmizi təbliğ etməklə yanaşı, həmçinin, xalqımızın nə dərəcədə qonaqpərvər və sülhsevər olduğunu gələn qonaqlara nümayiş etdirmiş olacağıq. Ümidvaram ki, bu işin öhdəsindən layiqincə gələcəyik. Mən, həmçinin, idmançılarımızın da bu yarışlarda parlaq qələbələr əldə edəcəyinə inanıram və ümid edirəm ki, biz həmişə olduğu kimi, bu dəfə də bu mötəbər tədbirə layiqincə ev sahibliyi edəcəyik”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

