/ / ADU-da “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib
ADU-da “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib
05.03.2015 [09:41]
Dünən Azərbaycan Dillər Universitetində (ADU) “Qadınların ictimai, iqtisadi və sosial sahələrdə hüquqlarının qorunması” mövzusunda konfrans keçirilib. Universitetin Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən konfransda Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri, Kitabxana İnformasiya Mərkəzinin, şöbə və kafedraların əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, ADU Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə və cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirib. O vurğulayıb ki, respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, öz nəcib əməlləri ilə xalqımızın tərəqqisi üçün çalışan qadınlar çoxdur. Professor M.Qazıyeva Azərbaycan qadınlarının tarix boyu milli dövlətçiliyin təşəkkülündə, möhkəmləndirilməsində böyük rol oynadıqlarını da sözlərinə əlavə edib.
Konfransda Sosial elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva “Qadınların ictimai, iqtisadi və sosial sahədə hüquqlarının qorunması dövlətin ümumi inkişaf strategiyasının prioritet sahələrindəndir”, Linqvokulturologiya kafedrasının baş müəllimləri Vüsalə Ağabəyli “Azərbaycan qadınlarının dövlət qurumlarında rolu” və Səidə Orucova “Azərbaycan qadınlarının idmanda, qeyri-hökumət təşkilatlarında lider kimi rolu. Azərbaycanın rektor qadınları” mövzusunda məruzələrlə çıxış ediblər.
Öz növbəsində digər çıxışçılar da qadınların proseslərdə oynadıqları roldan danışıblar.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində Qadınlar Şurası 1991-ci ildən fəaliyyət göstərir. Şuraya Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva sədrlik edir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

