“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvanda yeniyetmə və gənclərlə görüş keçirib
27.01.2015 [09:55]
Yanvarın 26-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində yeniyetmə və gənclərlə görüş olub.
AzərTAc xəbər verir ki, tədbirdə Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi məktəblilərə cari ilin iyun ayında ilk dəfə olaraq ölkəmizdə təşkil olunacaq Avropa Oyunları barədə məlumat vermək və onları idmana cəlb etməkdən ibarətdir.
Tədbirdə əvvəlcə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Sonra tədbirin aparıcısı Lalə Eyvazova vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqəti cəlb edən bu hadisə, həm də Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlara dəstək xarakteri daşıyır. Təsadüfi deyil ki, 2002-ci ildən 36 nüfuzlu beynəlxalq yarışa ev sahibliyi edən Azərbaycanda sonuncu belə mötəbər tədbir 2014-cü ildə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı olub. Müstəqilliyinin bərpasından keçən 23 il ərzində 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək beynəlxalq arenalarda 2000-ə qədər medal qazanıb.
Lalə Eyvazova Avropa Oyunlarında iştirak edəcək ölkələr, istifadə ediləcək idman obyektləri və yarışa daxil edilən idman növləri barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, iyunun 12-dən 28-dək davam edəcək “Bakı-2015” ilk Avropa Oyunları bu qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Ümumilikdə 20 idman növü üzrə keçiriləcək bu mötəbər yarışların proqramına daxil edilən idman növlərindən 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növü olacaq. Avropa Oyunlarında Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Tədbirin ən maraqlı anı isə Avropa Oyunlarına daxil edilən idman növləri ilə bağlı keçirilən sorğu olub. Naxçıvanlı məktəblilər sorğuda fəallıq nümayiş etdiriblər. Sorğunun nəticəsində məlum olub ki, boks və voleybol ən çox sevilən idman növləri kimi Naxçıvanda yeniyetmə və gənclər arasında populyarlıq qazanıb.
Sonda “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin üzvləri tərəfindən məktəblilərə üzərində Birinci Avropa Oyunlarının loqo və simvolları əks olunan çanta və papaqlar hədiyyə edilib.
Qeyd edək ki, həmin gün analoji tədbir Kəngərli rayonunda da keçirilib.
Naxçıvana gələn “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri həftə ərzində muxtar respublikanın şəhər və rayonlarında tanıtım kampaniyasını davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

