Gəncəlilər Şəhidlər xiyabanını ziyarət ediblər
22.01.2015 [09:49]
Gəncə şəhərinin Şəhidlər xiyabanında 20 Yanvar faciəsi ilə bağlı ümumşəhər mitinqi keçirilib. Mitinqdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, hərbçilər, ziyalılar, şəhid ailələri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidlərin ruhuna böyük ehtiram və hörmət ifadəsi olaraq, “Şəhidlər” Memorial Kompleksinin önünə əklil qoyub. O, çıxışında bildirib ki, 20 Yanvar faciəsindən 25 il ötür. Xalqımız 25 il ərzində çox rəşadətli və şərəfli yol keçib. İllər, qərinələr ötəcək, amma 20 Yanvar tariximizin şanlı səhifəsi olaraq, yaddaşımızda qalacaq.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Sovet ordusunun bu qanlı aksiyasına ancaq Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra hüquqi-siyasi qiymət verilib və bundan sonra istər Dağlıq Qarabağ müharibəsində, istərsə də 20 Yanvar faciəsində şəhid və yaxud əlil olan insanlara, onların ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlanıb: “Bu gün Prezident İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin və əlillərin problemlərinin həll edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının Sərəncamı ilə 2006-cı ildə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Gəncədə də bu təbəqədən olan bütün insanlar hərtərəfli qayğı ilə əhatə olunublar. “Şəhidlər” Memorial Kompleksinin ucaldılması, bütün məzarların tamamilə vahid formada qara mərmərdən düzəldilməsi, burada abadlıq işlərinin aparılması, onlar haqqında kitab nəşr edilməsi Vətən qurbanlarının xatirəsinə qayğının təzahürüdür”.
İcra Hakimiyyətinin başçısı Vətənimizin düşmən tərəfindən işğal olunmuş torpaqlarının tezliklə azad olunacağını, ərazi bütövlüyümüzün bərpa ediləcəyini bildirib və müstəqilliyimiz uğrunda həlak olanlara rəhmət diləyib.
20 Yanvar faciəsində əlil olmuş Hikmət Əmiraslanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şöbəsinin sədri Almaz Aşirov, şəhid anası Zenfira Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov çıxış edərək şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şəhər rəhbərliyi və mərasim iştirakçıları şəhid məzarlarını ziyarət edərək üstünə tər qərənfillər düzüblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

