Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mətbuat Şurasının təmsilçiləri qocaman jurnalist Yalçın Əlizadəni evində ziyarət ediblər

Mətbuat Şurasının təmsilçiləri qocaman jurnalist Yalçın Əlizadəni evində ziyarət ediblər

22.01.2015 [09:31]

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndəsi, ömrünün 75 illik zirvəsinə çatmış Yalçın Əlizadəni yaşadığı mənzilində ziyarət edib, nüfuzlu qələm sahibinə həmkarlarının və dostlarının xoş arzularını çatdırıblar.
Görüşdə ömrünün çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş Y.Əlizadənin xidmətləri bir daha yada salınıb. Yubilyarın BDU-nun jurnalistika fakültəsinin dekanı kimi fakültənin ənənələrini daim yaşatdığı razılıqla vurğulanıb. Bu qədirbilənliyin nişanəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi xatirə diplomu qocaman jurnalistə təqdim edilib.
Y.Əlizadə həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib, razılığını bildirib. O, jurnalistikamızın dəyərli ənənələrinin yaşadılması, gənc jurnalistlərin peşəkarlığının, KİV-in vətəndaşlıq mövqeyinin yüksəldilməsi, media sahəsinin sosial problemlərinin həlli ilə bağlı ölkədə görülən ardıcıl işlərin onu ürəkdən sevindirdiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31