20 Yanvar Azərbaycan xalqının tarixində şanlı səhifədir
20.01.2015 [09:40]
Yanvarın 19-da Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin 3 saylı tədris binasının qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyublar. Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Bildirilib ki, qanlı hadisələrin ertəsi günü Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərə qarşı açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Akademik qeyd edib ki, ATU-nun doqquz tələbəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olub.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı, professorlar İsfəndiyar İsmayılov, Çərkəz Cəfərov və başqaları çıxış edərək 20 Yanvar hadisələrinin başvermə səbəbləri və acı nəticələrindən danışıb, qanlı faciənin xalqımızın tarixində çox ağır eyni zamanda şanlı səhifələrindən biri olduğunu söyləyiblər.
Natiqlər 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasından, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasından, tariximizdə yeni bir səhifənin başlanğıcı olmasından söz açıblar. Çıxışlarda 20 Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb.
Tədbirdə dövlətimizin müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı da xüsusi vurğulanıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55

