BSU-da “Xəlifə günü”
16.12.2014 [09:45]
Bakı Slavyan Universiteti (BSU) yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirir ki, bunlardan biri də “Bir günlük Xəlifə” özünüidarəetmə günüdür. Xatırladaq ki, bu layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq BSU-da 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir. Belə ki, məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş “xəlifə”lər fəaliyyət göstərirlər. Həmin “xəlifə”lər bir günlük universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin, yeniliklər həyata keçirə bilərlər. “Xəlifə”lərin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, “xəlifə”lər 13 dekabrdan sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.
Ötən illərdən fərqli olaraq bu il “Xəlifə günü” dekabrın 15-nə təsadüf edib. Öncəliklə “xəlifə”lərin iş günü ali təhsil ocağının foyesində yerləşən Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymaqla başlayıb. Sonra “xəlifə”lər, BSU, BDU və ADU-nun Beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin iştirakı ilə “Beynəlxalq münasibətlərin tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi” mövzusunda “dəyirmi masa” keçiriblər.
Növbəti tədbir ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzində baş tutub. Türkiyə səfirliyinin müşaviri Abdülqaffar Büyükfırat tələbələrlə görüşüb. Görüş çərçivəsində “Bir millət, iki dövlət” adlı qısametrajlı film nümayiş olunub.
“Xəlifə günü” Ukrayna Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko BSU-nun Ukrayna Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb.
Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi, xanım Branislava Vaqnerova ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadiyyatı, mədəniyyət və incəsənəti haqqında maraqlı söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso Maria Muchoya həsr olunmuş prezentasiya keçirilib. Magistratura şöbəsində qonaq olan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və tanınmış kulturoloq, professor Fuad Məmmədovla “Pulla alına bilməyən dəyərlər” mövzusunda disput-klubda görüş keçirilib. “Bədən dilimiz nədən bəhs edir” psixoloji seminarında jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva magistrant və tələbələrlə maraqlı diskussiyalar aparıblar.
“Xəlifə günü” çərçivəsində Oxford Universitetində təhsil alan azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü yaddaqalan olub.
Daha sonra isə “Xəlifə günü” çərçivəsində bir sıra digər maraqlı tədbirlər də keçirilib.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

