Humanitar elmlərin böhranı: sonra nə olacaq?
29.10.2014 [09:59]
Məlum olduğu kimi, elmin ən mühüm sahələrindən biri olan humanitar elmlərin böhranı şəraitində elmi birlik elmi tədqiqatların paradiqmalarının konseptual və metodoloji əsaslarını şübhə altına qoyur. Bu zaman elmi məlumatların qavranılması stereotipləri, qiymətləndirmə standartları, mövcud metodoloji əsaslar dağılır, elmi rasionallıqla obyektivlik arasında sərhədlər yox olur. Bu böhranın səbəbi psevdoelmi konseptual-metodoloji sxemlərə marağın artmasıdır.
Son 30 ildə baş verən qlobal informasiya-texnologiya inqilabı bəşəriyyətin humanist inkişafına öz təsirini göstərməyə bilməzdi. Əsasən “kütləvi” adlandırılan mədəniyyət, xüsusən də onun vulqar təzahürləri sayəsində cəmiyyətdə humanitar elmlərdə yığılıb toplanmış sistemli biliklərə maraq itir. Təsadüfi deyildir ki, Buz dövründə mamontlar kimi, görkəmli və peşəkar tarixşünaslar, sosioloqlar, filosoflar, digər humanitar elm sahələrinin nümayəndələri də məhz bugünkü dövrdə tədricən yox olmağa başladılar. Hətta dünyanın bir sıra siyasi liderləri, dövlət və ictimai strukturların, habelə “ekspert birliyi”nin nümayəndələri belə bəzən özlərinin savadsızlığından, humanitar elm sahəsində fundamental biliklərinin olmamasından əziyyət çəkirlər.
Antik dövrdə humanitar dəyərlər qədim yunan fəlsəfəsi və Çin konfutsiançılığına, orta əsrlərdə - müsəlman Renessansının və Avropa İntibahının ideyalarına, onları XVII-XIX əsrlərdə əvəz etmiş klassik rasionalizmə, XX əsrdə hər birinin öz mənəvi-əxlaqi və humanist dəyərləri olan Qərb demokratiyası ilə Şərq kommunizminin ideoloji və geosiyasi qarşıdurmasına köklənirdisə, XXI əsrin əvvəllərinə yaxın bir növ bəşəriyyətin əvvəlki nailiyyətlərini öz canına hopdurmuş “qara dəlik” yarandı.
Bu, əvvəllər dünyanın dərkinin ali forması olan humanitar elmlərə daha çox toxundu. Hal-hazırda elmi həqiqətə can atmanı piar-texnologiyalar kultu əvəz etmişdir. Bundan başqa, cəmiyyətdə humanitar elmlərin sosial nüfuzu da azalmaqdadır.
Özlərini könüllü olaraq İnternet köləliyinə məhkum etmiş böyüməkdə olan nəsil kitab oxumur. Televiziya verilişlərində faktoloji yanlışlıqlara yol verilir. Efir açıq-aşkar antihumanist və psevdotarixi xarakterli proqramlarla, müxtəlif növ ən primitiv siyasi və əyləncə tok-şouları ilə doludur.
Gündəlik həyatımızda ənənəvi humanist dəyərlər, ilk növbədə düzgünlük tədricən yox olur. Qarşılıqlı yalan, fırıldaqçılıq kimi şəxsiyyətə qarşı müxtəlif cinayətlərin sayı artır, bu cinayətlərin keyfiyyəti də təkmilləşir. Maddi uğur bütün cinayətləri ört-basdır etməklə, həm də onun sahibinə indulgensiyalar verir. “Sivilizasiya” adlandırılan cəmiyyətdə bu gün hətta işgəncələr belə normal hadisə kimi qavranılır. Bu tendensiyanın qarşısı alınmasa, yaxın gələcəkdə alman filosofu Fridrix Nitsşenin “İnsanlıq dəf olunmalı olan bir şeydir” fikri aktuallaşacaqdır. Homo sapiens bu gün insanlığını itirmək riski ilə üz-üzədir.
Tarixi keçmişi, fəlsəfi-dini müxtəlifliyi, habelə son dərəcədə ziddiyyətli olan müasir sosial-siyasi prosesləri obyektiv şəkildə araşdırmalı olan klassik humanitar elmi hal-hazırda səthi publisistika və mistik ezoterika əvəz etmişdir. Postsovet ölkələrində ictimai fikrin tədricən publisistikaya keçid etməsi humanitar elmin böhranının əsas əlaməti olmuşdur. Əvvəllər publisistika və ya populyar-elmi biliklər öz məzmununu fundamental elmdən alırdısa, bu gün onlar real sosial-siyasi konyunkturaya tabe olmaqla özləri öz məzmununu yaradır.
Qərarlaşmış universitet sponsorluğu ənənələri olan Qərbdə humanitar fənlərin nüfuzu əvvəlki səviyyədə qaldığı halda, elmin cəmləşdiyi yerin akademiya hesab olunduğu postsovet məkanında humanitar elmlər məhz fundamental elm keyfiyyətində olduqca dərin böhran mərhələsinə qədəm qoymuşdur. Bu, humanitar elm nümayəndələrinin, vulqar publisistikaya keçid etməyən, məhz elmə sadiq qalan alim-humanitarilərin iqtisadi və sosial statusuna öz təsirini göstərməyə bilməzdi. Bunun məntiqi nəticəsi olaraq humanitar elm sahəsində görkəmli adlar, demək olar ki, qalmamışdır.
Uzanmış bu böhrandan çıxış yolu elmi birliyin özündə bəşəriyyətin bütün əvvəlki nailiyyətlərini daşıyan yeni paradiqmalara və qlobal metodologiyaya keçid etməsindədir. Əks halda, bəşəriyyət artıq XXI əsrin ortalarına yaxın özünün keyfiyyətcə yeni mərhələsinə - bəşəriliyin qalmadığı “avatar” mərhələsinə keçid edəcəkdir.
Pərvin Darabadi,
tarix elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

