/ / Lənkəranda gənclər təşkilatları və mətbuat arasında əməkdaşlığın hazırkı durumu və perspektivləri müzakirə olunub
Lənkəranda gənclər təşkilatları və mətbuat arasında əməkdaşlığın hazırkı durumu və perspektivləri müzakirə olunub
12.09.2014 [10:38]
Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində Payız Akademiyası keçirilir. Payız Akademiyası çərçivəsində ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbərləri ilə mətbuat nümayəndələri arasında görüş təşkil olunub. ARGTMŞ mətbuat xidmətinin rəhbəri Pərvin Piriyev Payız Akademiyası haqqında məlumat verərək bildirib ki, görüşün keçirilməsində məqsəd ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının mətbuatla əməkdaşlıq sahəsində maarifləndirilməsi və onlarla əlaqələrin qurulmasına imkan yaratmaqdır: “Demokratik dəyərlərin hakim olduğu cəmiyyətlərdə hər iki sektorun əlaqələri balanslıdır. QHT-lər layihələrini həyata keçirərkən KİV-lə işləməyi bacarmalıdır. Belə imkan varkən, hətta deyərdim, xarici mediaya çıxmaq, rus və ingilisdilli Azərbaycan saytlarına da müraciət etmək lazımdır. Əgər, həqiqətən də, həyata keçirilən layihə əhəmiyyətlidirsə, beynəlxalq təşkilatların marağına səbəb olacaqsa, media onu yaymaqda maraqlıdır, hətta özləri belə xəbərləri tərcümə edib yayırlar. Nəhayət, informasiya və kommunikasiya texnologiyalarının bizə bəxş etdiyi əvəzsiz hədiyyə olan yeni media resurslarına, xüsusən də sosial mediaya diqqət yetirməliyik. Bu gün biz ənənəvi media vasitələrinin elektron-internet resurslarına və sosial şəbəkələrdən ibarət “yeni media” və ya sosial mediaya sürətli keçidinin izləyicisiyik. Bundan da gənclər təşkilatları yüksək səviyyədə yararlanmalıdır”.
Çıxış edən media və gənclər təşkilatları nümayəndələri QHT-media münasibətləri, bu sahədən yazan jurnalistlərin peşəkarlıq səviyyəsi, o cümlədən, qarşılıqlı əlaqələrin intensivləşdirilməsinin, QHT sahəsindən yazan jurnalistlərin şəbəkəsinin yaradılması istiqamətində görülən işlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini, QHT-media münasibətlərinə dair araşdırmaların aparılmasının zəruriliyini vurğulayıblar.
Tədbirin sonunda media nümayəndələri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.
Oktay
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 11:15
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50

