Xaçmazlı məktəblilər qədim Gəncəyə doğru
12.08.2014 [09:49]
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində IX-XI siniflərdə təhsil alan 40 şagirdlə Azərbaycanın dilbər guşələri olan qərb bölgəsinə yola düşürük. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırılıb. Bütün xərclər dövlət tərəfindən ödənilir. Olacağımız yerlərdə şagirdlərin istirahəti üçün hər cür şərait yaradılıb. Belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarıq”.
Bu sözləri avqustun 10-da xaçmazlı məktəblilərin bir qrupunun “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak etmək üçün Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə yola salınması mərasimində qrupun rəhbəri, Xaçmaz rayon Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov AzərTAc-a müsahibəsində deyib.
Şagirdlərin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edən A.Bədəlov vurğulayıb ki, dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər dörd gün ərzində Gəncə, Göygöl, Şəmkir ilə yanaşı, yolüstü Yevlax şəhərində və Hacıqabul rayonunda da olacaqlar. Şagirdlərimiz getdiyimiz məkanların qədim tarixi, mədəniyyət abidələrini, turizm mərkəzlərini və digər görməli yerləri ilə tanış olacaqlar.
Xaçmaz rayonundakı Çarxı kənd tam orta məktəbinin IX sinif şagirdi Cəmilə Novruzova 40 nəfərlik heyətdə yer aldığına görə çox sevindiyini bildirib: “Biz Cavad xanın timsalında azərbaycanlıların öz Vətənini necə dərin məhəbbətlə sevdiyini öyrənmişik. Qədim Gəncədə, Cavad xanın yurdunda olacağam. Bu, mənim həyatımda çox əlamətdar hadisədir”.
Xaçmaz şəhərindəki 6 nömrəli orta məktəbin X sinif şagirdi Anar Nuriyev isə gedəcəkləri məkanların özünəməxsus gözəlliyinin olduğunu qeyd edərək deyib: “İlk dəfədir ki, yaşadığım rayondan kənara çıxıram. Təkcə ekskursiya edəcəyimiz şəhər və rayonlar deyil, eyni zamanda yolboyu görəcəyimiz məkanlar da mənim üçün maraq doğurur. Təşkilatçılara təşəkkür edirəm”.
Tur-aksiyanın iştirakçısı, Xaçmaz şəhərindəki 2 nömrəli orta məktəbin X sinif şagirdi Röya Xudaverdiyeva səfər ərəfəsi həyəcanlı görünür. O, fikrini belə ifadə edir: “Gəncə, Göygöl, Şəmkir, hamısı mənə doğmadır, əzizdir. Xüsusilə dahi Nizami yurdu Gəncəyə səfərimizi səbirsizliklə gözləyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

