/ / Ağdamda qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək
Ağdamda qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək
19.07.2014 [11:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Ağdam rayonu ərazisində 632 evdən ibarət yeni qəsəbədə tikinti işləri başa çatıb.
Tikintisi üçün 70 hektar ərazi ayrılan qəsəbədə 50 birotaqlı, 296 ikiotaqlı, 242 üçotaqlı, 44 dördotaqlı ev, həmçinin 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası inşa edilib. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi yekunlaşıb. Bütün infrastruktura malik qəsəbədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.
İyulun 18-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Ağdam rayonunda olub.
AzərTAc xəbər verir ki, qəsəbədə tikintinin gedişi ilə maraqlanan Ə.Həsənov əvvəlcə 440 şagird yerlik məktəb binasına gəlib. Məktəblə tanışlıq zamanı bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Əli Həsənov məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış olub. Burada şagirdlərdən təşkil edilmiş xor dərnəyinin üzvləri və yeni təhsil ocağının idman zalında məşq edən məktəbli idmançılar öz məharətlərini göstəriblər.
Baş nazirin müavini daha sonra yeni qəsəbədə inşa edilən uşaq bağçasında görülmüş işlərlə maraqlanıb. Bildirilib ki, bağçanın binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Əli Həsənov icraçılara yeni salınan qəsəbədə tikinti işlərinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Hazırda Dövlət Proqramına uyğun olaraq ölkənin müxtəlif regionlarında məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Bu il ərzində ölkə üzrə 4500 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

