/ / Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirilib
Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirilib
08.05.2014 [09:23]
Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirilib. Rayonun Heydər Əliyev adına istirahət parkında keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində təbii güllər və çiçəklərdən hazırlanmış, ölkənin və rayonun sosial-iqtisadi inkişafını simvolizə edən kompozisiyalar nümayiş etdirilib. Ölkə həyatının müxtəlif sahələrini əks etdirən, eləcə də, Azərbaycan diasporunu və əzəli yurdumuz olan Qarabağı, Şuşa qalasını təcəssüm etdirən tər çiçəklərdən quraşdırılmış kompozisiyalar öz orijinallığı ilə seçilib. Rayon rəhbərliyi və qonaqlar xüsusi zövqlə hazırlanmış Xalça muzeyi, Bakı Aeroportu, neft buruqlarını əks etdirən kompozisiyalara maraqla tamaşa ediblər. Ümummilli lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən olub. Rayonun bütün orta məktəblərinin şagirdləri, eləcə də, uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış güllərlə bəzədilmiş stendlər də bayram şənliyinin gedişində nümayiş etdirilib. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olub. X.İsgəndərov əl işlərinin müəllifi olan əlil qadınlarla görüşüb. Qarabağa həsr olunmuş kompozisiyanın önündə məktəblilərin ifasında səslənən vətən həsrəti və yurd yanğısını tərənnüm edən “Xarı bülbül” mahnısı qonaqlar tərəfindən maraqla qarşılanıb. Həmçinin, Qarabağdan gətirilmiş xarı bülbül gülü də qonaqlara təqdim edilib.
Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra Ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunan konsert proqramına tamaşa ediblər. Tədbirin sonunda səmaya 5 min şar buraxılıb.
Axşam Heydər Əliyev adına istirahət parkında reallaşdırılan konsertdə xaricdən dəvət olunmuş incəsənət ustaları - neonlu davul çalanlar qeyri-adi konsert proqramı ilə çıxış ediblər. Konsert proqramının gedişində “91” adlı fləşmob keçirilib. Fləşmobda Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə 91 ədəd uçan fənər havaya buraxılıb. Sonda Müslüm Maqomayevin Azərbaycan kompozisiyasının sədaları altında qeyri-adi atəşfəşanlıq nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

