/ / Bakı Dövlət Universitetində 2013-cü ildə yerinə yetirilmiş tədqiqatların nəticələri müzakirə edilib
Bakı Dövlət Universitetində 2013-cü ildə yerinə yetirilmiş tədqiqatların nəticələri müzakirə edilib
10.04.2014 [09:17]
Aprelin 9-da Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin elmi şurasının 2013-cü ildə yerinə yetirilmiş tədqiqat işlərinin nəticələrinə həsr olunmuş iclası keçirilib.
AzərTAc xəbər verir ki, elmi şuranın üzvlərinin, alim və mütəxəssislərin iştirak etdikləri iclasda çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov dahi rəhbər, Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan rektor Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.
Bakı Dövlət Universitetində uğurlu elmi-tədqiqatların, təhsilin inkişafı üçün səmərəli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıran akademik A.Məhərrəmov qeyd edib ki, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2013-cü ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2 min universitetinin, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytinq siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən, BDU 40-cı pillədə qərarlaşıb.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə hesabat məruzəsi ilə çıxış edərək 2013-cü ildə yerinə yetirilmiş elmi-tədqiqatlardan bəhs edib.
Bildirilib ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılıb.
Universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları barədə məlumat verən professor A.Kazımzadə qeyd edib ki, bu kitablar kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrinin, fizika problemləri ETİ-nin əməkdaşları tərəfindən yazılıb və ABŞ, Almaniya, Rusiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında çap olunub.
Universitetin əməkdaşları tərəfindən 88 (51 beynəlxalq və 37 respublika daxili) elmi layihə həyata keçirilib. Bu layihələr Avropa İttifaqının 7-ci Çərçivə (FP-7), Erasmus Mundus və TEMPUS proqramları, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi, NATO-nun “Elm sülhün keşiyində” proqramı, İsveçrə Milli Elm Fondu, Almaniyanın “Folsfagen” şirkəti, Dünya Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.
Diqqətə çatdırılıb ki, hesabat ilində Bakı Dövlət Universitetinin elmi kitabxanası uğurlu fəaliyyət göstərib. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ali məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır.
Diqqətə çatdırılıb ki, Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, ali məktəbin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilib. Müvafiq komissiyanın qərarı və rektorun əmri ilə 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilib və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilib.
Hesabat dövründə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan professor A.Kazımzadə il ərzində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 53 elmi təşkilat və ali təhsil müəssisəsi ilə Anlaşma memorandumlarının və əməkdaşlığa dair müqavilələr imzalandığını bildirib.
Elmi şuranın iclasında cari məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

