/ / Milli Aviasiya Akademiyasında dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilib
Milli Aviasiya Akademiyasında dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilib
09.04.2014 [09:16]
Aprelin 8-də Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və Əməkdar Məşqçi Ələkbər Məmmədov ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən MAA-nın ictimai əlaqələr üzrə prorektoru Şəmsəddin Axundov futbolçu ilə bağlı xatirələrini danışıb.
Bildirib ki, futbolçu SSRİ yığma komandasının və Moskva “Dinamo”sunun heyətində dünyanın 20-dən artıq ölkəsində oyunlar keçirib. Vurduğu qollar, dəqiq ötürmələri sayəsində həmişə diqqət mərkəzində olmağı bacaran Ə.Məmmədov gözəl oyunu ilə o vaxt futbolsevərlərin sevimlisinə çevrilib.
Ə.Məmmədovun uşaq yaşlarından futbol ilə məşğul olduğunu diqqətə çatdıran Ş.Axundov qonağa MAA-nın rektoru Arif Paşayevin salamlarını çatdırıb.
Sonra Bakının AZAL futbol klubunun vitse-prezidenti Vaqif Qasımov əfsanəvi futbolçunun ölkə daxilində və xaricində keçirdiyi oyunlar barədə məlumat verib. Qeyd edib ki, 18 yaşından Bakının “Neftçi” klubunda debüt edən Ə.Məmmədov ötən müddət ərzində paytaxt təmsilçisi ilə yanaşı, Moskva “Dinamo”su və SSRİ yığma komandasının da şərəfini qoruyub. Ə.Məmmədov Moskva “Dinamo”sunun şərəfini qoruduğu 1954-1959-cu illərdə heç vaxt özünü moskvalı kimi hiss etməyib. O, həmişə “Neftçi”nin və respublikamızın digər komandalarının çıxışlarını izləyib.
Sonra MAA-nın müxtəlif kafedralarının əməkdaşları əfsanəvi futbolçuya xatirə hədiyyələrini təqdim ediblər.
Tədbirdə əfsanəvi futbolçu Ələkbər Məmmədov çıxış edərək bu görüşü təşkil etdiyinə görə MAA-nın rektoru Arif Paşayevə minnətdarlığını bildirib, Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb və yaxın günlərdə ölkəmizdə futzal üzrə UEFA kuboku yarışlarının “Dördlər finalı”nın keçiriləcəyini diqqətə çatdırıb.
Əfsanəvi futbolçunun yaradıcılığından və Azərbaycan futbolunun inkişafından bəhs edən film nümayiş olunduqdan sonra qonaq tələbələrin və müəllimlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

