Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 21-də tibbi müayinələr başa çatıb
05.04.2014 [10:49]
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da mütəşəkkil surətdə icra olunur.
Tərtər rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri Şükür Məmmədov AzərTAc-a bildirib ki, rayonun tibb işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn aksiyada fəal iştirak edirlər. Sakinlər rayon mərkəzi xəstəxanasında, Azad Qaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, həmçinin kəndlərdə yerləşən həkim məntəqələrində müayinə olunurlar. Artıq idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivlərinin tibbi müayinəsi başa çatıb, rayonun 51 yaşayış məntəqəsindən 21-də sakinlər müayinədən keçirilib. Müayinələri əsasən, terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb mütəxəssisləri aparırlar. Fevralın 17-dən indiyədək 38 min 609 nəfər tibbi müayinədən keçib. Vətəndaşlardan 1395 nəfər ultrasəs, 401 nəfər kardioloji EKO, 281 nəfər rentgen aparatı vasitəsilə müayinə olunub, 1120 nəfərdən qan analizi götürülüb. Xəstəlik aşkar olunmuş sakinlərdən 2559 nəfəri ambulator, 72 nəfəri stasionar müalicəyə cəlb edilib, 33 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova AzərTAc-a müsahibəsində deyib ki, çalışdığı tibb ocağında da əhalinin müayinəsi uğurla davam edir. Hər gün onlarla kənd sakini xəstəxanaya gələrək müayinə olunurlar. Sakinlər daha çox ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. İxtisaslı müayinə tələb olunan xəstələr rayon mərkəzi xəstəxanasına göndərilir.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğısı sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Rayonun Qaradağlı kənd sakini Fariz Qurbanov müayinələrin təşkilindən, yaradılan şəraitdən razı qaldığını ifadə edərək, insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57

